• $
  • €
  • ₽
  • ₺
  • £

“Erməni soyqırımı” barədə sənəd Azərbaycan diasporunun etirazından sonra ləğv olundu

“Erməni soyqırımı” barədə sənəd Azərbaycan diasporunun etirazından sonra ləğv olundu
28.10.2015 16:21

Ukraynanın Dnepropetrovsk Şəhər Şurasının sentyabrın 30-da keçirilən iclasında qondarma erməni soyqırımı barədə qəbul olunan sənəd ləğv olunub.
 
Dnepropetrovsk Azərbaycanlıları Konqresinin sədri Qüdrət Hacıyev APA-ya bildirib ki, şəhər meriyası sənəddən irəli gələn qərarların tətbiqinə veto qoyub və bununla qəbul edilmiş sənədin qüvvədən düşdüyünü bildirib. Q. Hacıyevin sözlərinə görə, sənədin qəbulundan sonra bütün ölkə üzrə Azərbaycan diasporunun kütləvi etirazı, vilayətdəki digər etnik xalqların da dəstək verdiyi ictimai qınaq şəhər meriyasını belə addım atmağa vadar edib: "Bu sənədin qəbulunda fəallıq göstərən şəhər meri əvəzi Qalina Bulavka Azərbaycan diasporunun haqlı basqısından sonra məcbur olub veto hüququndan istifadə etdi və sənədi ləğv etdi”.
 
Qeyd edək ki, həmin iclas zamanı Q. Bulavka gündəlikdəki 8 məsələyə bir yerdə səs verilməsini xahiş edib. Deputatlar təqdim olunan sənədlərə toplu halda, müzakirəsiz səs veriblər. Səsvermədən sonra Şəhər Şurasının deputatı Sergey Vorobyov qəbul olunan sənədlər arasında uydurma "erməni soyqırımı”nın tanınmasına dair sənədin də yer aldığını görüb və etirazını bildirib. Vorobyovun narazılığının kütləvi etiraza səbəb olduğunu görən Q. Bulavka tələsik iclası bağlı elan edib. Bundan sonra Azərbaycan diasporu, o cümlədən Ukrayna Millətlər Assambleyasında təmsil olunan 50-yə yaxın etnik xalqları təmsil edən təşkilatlar Ukrayna prezidentinə və Ali Radaya etiraz müraciəti edib, sənədin ləğv olunmayacağı təqdirdə Dnepropetrovska kütləvi yürüş təşkil olunacağını bildirib.
 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol