• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-in növbəti Bölgə Tələbə Proqramına start verildi

Azercell-in növbəti Bölgə Tələbə Proqramına start verildi
08.12.2015 16:06
Azərbaycanın lider mobil operatoru Azercell Telekom bölgələrimiz üçün nəzərdə tutulan növbəti Tələbə Proqramına start verdi. 

Azərbaycanın regionlarında yerləşən Universitetlərdə təhsil alan tələbələrə aylıq təqaüd almaq imkanını yaradan bu proqramın məqsədi müvəffəqiyyətlə təhsil alan və fərqlənməyi bacaran tələbələrə xüsusi qayğı nümayiş etdirmək, yüksək potensiala malik gənclərin inkişaf etməsinə və peşəkar kimi formalaşmasına dəstək olmaqdan ibarətdir. Proqram çərçivəsində Azercell əməkdaşları tərəfindən Gəncə Dövlət Universitetində, Azərbaycan Dövlət Aqrar Universitetində, Azərbaycan Texnologiya Universitetində, Mİngəçevir Dövlət Universitetində təqdimatlar keçirilib, eləcə də Naxçıvan və Lənkəran Dövlət Universitetlərində proqram haqqında tələbələrə geniş məlumat verilib. 400-dən çox tələbənin iştirak etdiyi təqdimatlarda Tələbə proqramı ilə bağlı suallar cavablandırılıb. Şirkət nümayəndələri tərəfindən məlumat verilib ki, proqrama qəbul edilən istedadlı tələbələr cari təhsil müddətinin sonuna qədər Azercell şirkəti tərəfindən xüsusi təqaüd alacaqlar. Bununla yanaşı, seçilən tələbələrin karyera baxımından inkişafı üçün şərait yaradılacaq. Belə ki, onlar telekommunikasiya sahəsi haqqında biliklərini artırmaq, şirkətin korporativ tədbirlətində və sosial fəaliyyətində iştirak etmək, müxtəlif təlimlərə qatılmaq və şirkətdə təcrübə keçmək imkanını əldə edəcəklər. Dekabr ayı boyunca proqramla bağlı Azercell əməkdaşlarının ölkənin digər bölgələrində də təqdimatlar keçirəcəyi planlaşdırılır.

Məlumat üçün bildirək ki, Tələbə Proqramına müraciət etmək üçün şirkətin rəsmi səhifəsinin Karyera bölməsindəki (http://www.azercell.com/az/company/career/development_oportunities/) "Bölgə Tələbə Proqramı 2015” səhifəsinə daxil olmaq lazımdır. Ərizələr yalnız onlayn rejimdə qəbul edilir. Müraciətlərin son qəbul tarixi – 11 dekabr 2015-ci ildir.

Tələbə Proqramı tələbələrə 2008-ci ildən etibarən təqdim olunur və bugünədək Azərbaycanın müxtəlif universitetlərində təhsil alan onlarla tələbə Azercell şirkətinin Tələbə programının qalibləri adını qazanıblar. Ötən ildən etibarən isə Azercell artıq ölkəmizin müxtəlif bölgələrində Tələbə Proqramı layihəsini həyata keçirir.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol