• $
  • €
  • ₽
  • ₺
  • £

ATƏT sədri: “Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar narahatlıq doğurur”

ATƏT sədri: “Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar narahatlıq doğurur”
04.02.2016 12:17
"Ermənistan və Azərbaycan arasında təmas və sərhəd xəttində baş verən silahlı toqquşmalar narahatlıq doğurur”.
 
APA-nın xəbərinə görə, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer "The Huffington Post”da nəşr olunan "ATƏT Avropanın təhlükəsizliyi üçün niyə əvəzedilməzdir?” başlıqlı yazısında bildirib.
 
Müəllif qeyd edib ki, Dnestryanı, Dağlıq Qarabağ kimi münaqişələr bütün ATƏT məkanında çətinliklərə və durğunluğa gətirib çıxarır: "Biz atəşkəsi stabilləşdirmək, etimad qurmaq, kiçik, lakin əməli nəticələri olan addımlar ataraq, eləcə də iqtisadi mübadilələri genişləndirərək insanların gündəlik həyatlarını inkişaf etdirmək istəyirik. Dağlıq Qarabağ münaqişəsinə gəldikdə, təmas və sərhəd xəttində baş verən silahlı toqquşmalar narahatlığa səbəb olur. Almaniya ATƏT-in Minsk Qrupunun himayəsi ilə danışıqların intensivləşdirilməsinin tərəfdarıdır. Bununla bağlı ən mühüm addımlardan biri atəşkəs rejiminin pozulması ilə bağlı mexanizmin yaradılmasıdır”.
 
F. V. Ştaynmayer ATƏT-ə sədrlik edən dövlət kimi Almaniyanın qurum çərçivəsində konsensusun gücləndirilməsi istiqamətində çalışacağını da diqqətə çatdırıb.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol