• $
  • €
  • ₽
  • ₺
  • £

“Sabah” qəzeti Azərbaycandan üzr istədi – FOTO

“Sabah” qəzeti Azərbaycandan üzr istədi – FOTO
11.02.2016 17:42
Türkiyənin "Sabah” qəzeti Azərbaycandan üzr istəyib.

ANN.Az APA-ya istinadən xəbər verir ki, bu barədə qəzetdə material dərc edilib.  

Üzrxahlıqda bildirilir ki, fevralın 6-da "Sabah” qəzetində "Türkiyənin turizm təcrübələrindən faydalanırıq” başlıqlı yazı dərc olunub. Xəbərdə yer alan Azərbaycan xəritəsində səhv nəticəsində Dağlıq Qarabağ bölgəsi və onun ətrafında olan torpaqlar başqa ölkənin sərhədləri daxilində göstərilib. 

Qeyd olunur ki, Azərbaycanın Ankaradakı səfirliyi qəzetin redaksiyasına etiraz məktub ünvanlayıb. "Xəbəri düzəldirik və üzr istəyirik”, - deyə, qəzetin üzrxahlıq mətnində bildirilir.
 
Yazıda Azərbaycanın Ankaradakı səfirliyi tərəfindən göndərilən məktubun mətni də yerləşdirilib. Məktubda göstərilib ki, Dağlıq Qarabağ daxil olmaqla, Azərbaycan torpaqlarının 20 faizi Ermənistanın işğalı altındadır.

"1994-cü ildə atəşkəs haqqında müqavilənin imzalanmasına baxmayaraq, atəşkəs rejimi təmas xəttində Ermənistan ordusu tərəfindən tez-tez pozulur. BMT, ATƏT, Avropa Parlamenti və s. beynəlxalq təşkilatlar, eyni zamanda Türkiyə də daxil olmaqla, bir çox ölkələr tərəfindən bu işğalın beynəlxalq hüququn normalarının pozulması səbəbindən qəbuledilməz olduğu təsdiq edilib”, - deyə məktubda bildirilib.

Xatırladaq ki, İstanbulda Dünya Turizm Forumu çərçivəsində keçirilən və nazirlərin iştirak etdiyi panel barədə "Sabah” qəzetinin saytında məqalə yayımlanıb. Məqalədəki fotoda Azərbaycan, Makedoniya, Qana və Türkiyənin nazirləri göstərilib. Nazirlərin arxa fonunda ölkələrinin bayrağı əks edilən xəritələr yerləşdirilib. Azərbaycanın mədəniyyət və turizm naziriƏbülfəs Qarayevin arxa fonundakı Azərbaycanın xəritəsində işğal altında olan Dağlıq Qarabağ göstərilməyib. 




www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol