• $
  • €
  • ₽
  • ₺
  • £

ATƏT PA-nın Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi təyin olundu

ATƏT PA-nın Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi təyin olundu
11.02.2016 20:20
Kristian Vigenin ATƏT PA-nın sədri İlkka Kanevra tərəfindən assambleyanın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi təyin olunub.

Milli Məclisin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, bu barədə ATƏT Parlament Assambleyasının baş katibi Roberto Montellanın Milli Məclisin qurumdakı nümayəndə heyətinin rəhbəri Bahar Muradovaya ünvanladığı təşəkkür məktubunda qeyd edilir.
 
Bildirilir ki, yeni nümayəndə region üçün mühüm əhəmiyyət daşıyan məsələlərin həllində səylərini əsirgəməyəcək və bu işi daha da canlandıracaq.
 
Roberto Montella bu yaxınlarda Bakıya səfəri zamanı keçirdiyi görüşləri məmnuniyyətlə xatırlayaraq, səfər çərçivəsində müzakirə olunmuş məsələlərin əhəmiyyətini qeyd edir, ATƏT PA rəhbərliyinin Azərbaycanla əlaqələrinin bərpası üçün yaranmış fürsəti yüksək dəyərləndirir. O, özünün rəhbərliyi altında çalışan ATƏT PA-nın Beynəlxalq Katibliyinin tam qərəzsiz şəkildə təkcə ATƏT parlamentariləri deyil, ATƏT regionunun bütün xalqları naminə işləyəcəyini bildirir. 
 
Qeyd edək ki, indiyədək ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Suareş olub. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol