• $
  • €
  • ₽
  • ₺
  • £

Yuta ştatı Azərbaycanla bağlı bəyannamə qəbul etdi

Yuta ştatı Azərbaycanla bağlı bəyannamə qəbul etdi
19.02.2016 12:02
ABŞ-ın Yuta ştatının Senatı və Nümayəndələr Palatası Azərbaycanın tolerantlıq modelini təqdir edən geniş bəyannamə qəbul edib.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan ANN.Az-a verilən məlumatına görə, senatın sədri, Nümayəndələr Palatasının spikeri, eləcə də digər qanunvericilər tərəfindən imzalanmış bəyannamə baş konsul Nəsimi Ağayevə təqdim olunub.

Baş konsul Yuta Ştat Senatının plenar iclasında çıxış edərək, Azərbaycanda müxtəlif dinlərin sülh, tolerantlıq və qarşılıqlı hörmət şəraitində yaşadıqlarını qeyd edib və belə bir önəmli sənədin qəbuluna görə senatorlara təşəkkürünü bildirib.

Bəyannaməni təqdim edən senator Cin Deyvis Azərbaycanın 1918-ci ildə müsəlman dünyasında ilk demokratik və dünyəvi dövlət yaratdığını və qadınlara ilk dəfə seçki hüququ verdiyini qeyd edib.

Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın sürətlə inkişaf etdiyini bildirən senator ABŞ ilə Azərbaycan arasında strateji tərəfdaşıq münasibətlərinin qurulduğunu diqqətə çatdırıb. Sonra sözügedən bəyannamə oxunub.

Bəyannamədə, Azərbaycanın tarixi tolerantlıq ənənələrinə toxunularaq, burada qədim zamanlardan müxtəlif dini etiqadların, o cümlədən müsəlmanların, yəhudilərin və xristianların sülh və əmin-amanlıq şəraitində birgə yaşadığı ifadə olunur.

Eyni zamanda, 2016-cı ilin Azərbaycanda Multikulturalizm İli elan olunduğu və aprel ayında Bakıda BMT-nin Sivilizasiyalararası Alyansının Forumunun keçiriləcəyi qeyd olunur və bildirilir ki, ABŞ tolerant və dünyəvi müttəfiqlərini dəstəkləməli və bu səpkidə Azərbaycanın tolerantlıq modelinin bütün dünyada tətbiqinə çalışmalıdır.

Qeyd edək ki, bəyannamə həmin gün Yuta ştatının Nümayəndələr Palatasında da qəbul olunub. Bəyannaməni Nümayəndələr Palatasının üzvü Lin Heminqvey təqdim edib.

Yuta ştatına işçi səfəri müddətində baş konsul N.Ağayev ştatın vitse-qubernatoru Spenser Koks, Senatın sədri Veyn Niderhauser, Nümayəndələr Palatasının spikeri Qreqori Hyuqs və digər qanunvericilər ilə görüşlər keçirib.



www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol