• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilər yaşayış evini gülləbaran etdi - FOTO

Ermənilər yaşayış evini gülləbaran etdi - FOTO
05.03.2016 09:16
Ermənistan silahlı qüvvələri mülki əhalinin yaşadığı Azərbaycan kəndini gülləbaran edib. 

ANS PRESS-in Qarabağ müxbirinin verdiyi məlumata görə, ötən axşam 21 radələrində Goranboyun cəbhə xəttinə yaxın yerləşən Tap-Qaraqoyunlu kəndində atəş səsləri eşidilməyə başlayıb. Qarşı tərəf Azərbaycan ordusunun mövqeləri ilə yanaşı kəndi müxtəlif çaplı silahlardan atəşə məruz qoyub. Təmas xəttində baş verənləri müşahidə edə bilmək üçün açıq əraziyə çıxmağa cəhd edən çəkiliş qrupu bu iş təhlükəli olduğundan istinad divarının arxasına sığınmalı olub.

Təqribən yarım saatdan sonra atışma səngiyir. Gülləbarandan geriyə, evlərin divarlarında, qapılarda və pəncərələrdə güllə izləri qalıb.

Yaşı 60-ı haqlamış Minə xalanın isə az öncə ölümlə arasındakı məsafə yarım metrdən də az olub. "Mən oturmuşdum divanda, ayna şaqqıldadı gördüm aynadan girdi qapıya dəydi, qapıdan da keçdi getdi divara girdi.” – deyə kənd sakini Minə xala bildirib.  

2 saatlıq sükutdan sonra təmas xəttində yenidən atəşkəs pozulur.  Qarşı tərəf bu dəfə yandırıcı güllələrdən də istifadə edir. 

Ermənistan silahlı qüvvələri cəbhə xəttində demək olar ki, hər gün atəşkəsi pozur. Ötən gün də Tap-Qaraqoyunlu istiqamətində qarşı tərəf kəndi və milli ordumuzun mövqelərini atəşə tutur. Qarşı tərəfi yalnız cavab atəşindən sonra susdurmaq mümkün olur. Hazırda da Tap-Qaraqoyunlu istiqamətində ağır atışmalar gedir.

Erməni mövqeləri Tap-Qarqoyunlu kəndindən yüksəklikdə olduğundan istinad divarları evləri nisbətən güllələrdən qoruyur. 

Sakinlər deyir ki, 3 gündür hər gecə kənd şiddətli atəşə məruz qalır. 2 gün öncə isə ölümlə üz-üzə qalan kənd sakini Yelena Əhmədova olub.

"Bilmədim ey şaqqıltıya ayıldım gördüm ayna düşüb yerə, bax bu güllə də ayna da qırılıb tökülüb yerə. Mən də orda yatmışdım. Yatdığım yerdə divara dəyib gəlib burda düşüb yerə. Özünüz görürsüz də nə vəziyyətdir. Hər axşam da atılır.”

Azərbaycan ordusunun cavab atəşindən sonra, gecəyə doğru şiddətli atışma dayansa da cəbhə xəttində tək tək güllə səsləri eşidilməyə davam edir. Son 3 gündür baş verən atışmalar zamanı isə kənd sakinləri arasında ölən və yaralanan olmayıb.








www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol