• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-da ermənipərəst qətnamələrin qəbul edilməsinin qarşısı alındı

ABŞ-da ermənipərəst qətnamələrin qəbul edilməsinin qarşısı alındı
12.03.2016 10:13
ABŞ-ın Havay Ştat Senatı erməni lobbisinin təhriki ilə gündəliyə gətirilən anti-Azərbaycan xarakterli iki qətnaməni rədd edib.

Bu barədə "Report”a Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.

Martın 10-da Ştat Senatında irəli sürülmüş bu qətnamələr qəbul olunacağı təqdirdə, Azərbaycanın işğal olunmuş ərazilərində qurulmuş qondarma "DQR”i "müstəqil dövlət” kimi tanıyacaq və onun "müstəqilliyinin güclənməsi” üçün ABŞ-ın Federal Hökumətinə və ABŞ Konqresinə çağırış edəcəkdi.

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu bu barədə məlumat əldə etdikdən dərhal sonra Havay Senatının rəhbərliyi, qətnamələrin müəllifləri və digər senatorlar ilə əlaqə saxlayıb, bütün qanunvericilərə rəsmi məktublar ünvanlayıb, Ermənistanın Azərbaycan torpaqlarını işğalı, həmçinin BMT və digər nüfuzlu beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyü ilə bağlı aydın mövqeyi barədə onları məlumatlandırıb.

Bunun nəticəsində, Ştat Senatının rəhbərliyi martın 11-də rəsmi bəyanat verərək, Azərbaycanın ərazi bütövlüyünə açıq dəstək ifadə edib və Havay Ştat Senatının bu qətnamələri qəbul etməyəcəyini diqqətə çatdırıb.

Rəsmi bəyanatın verilməsindən sonra, Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev Havay Ştat Senatının rəhbərliyi ilə yenidən əlaqə saxlayaraq, belə prinsipiallığa və ədalətli mövqeyə görə onlara təşəkkür edib

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol