• $
  • €
  • ₽
  • ₺
  • £

Prezidentlərin səmimi görüşü kimləri qıcıqlandıra bilər? - AÇIQLAMA

Prezidentlərin səmimi görüşü kimləri qıcıqlandıra bilər? - AÇIQLAMA
16.03.2016 16:48
Prezident İlham Əliyevin martın 15-də Türkiyəyə səfər etdi. Ankara səfəri Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclası çərçivəsində baş tutdu.  Səfər zamanı iki ölkə arasında 6 sənəd imzalandı. Prezidentlərin Türkiyədə səmimi görüşü də kameraların obyektindən yayınmadı. 


Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Rusiyanı qıcıqlandıra bilərmi? Prezidentlərin səmimi görüşünün əsl mahiyyəti nədən ibarətdir? İki ölkə arasındakı yaxınlaşmanın müsbətə doğru inkişaf etməsi ən çox hansı ölkələri narahat edir?

 Bu sualları ANN.Az-a siyasi şərhçi Ərəstun Oruclu şərh edib.
 
 
 

"İstisna etmirəm ki, Azərbaycana qarşı təhdidlər güclənəcək” – Ərəstun Oruclu 

Politoloq Ərəstun Oruclu hesab edir ki, Azərbaycanla Türkiyə əlaqələrinin müsbətə doğru inkişafı tək Rusiyanı deyil, digər dövlətləri də qıcıqlandırır: "O cümlədən də İranı. Mətbuatda mütəxəssislər açıqlama verirlər, ancaq prezidentlərin pərdəarxası görüşlərinin səbəblərini bilmirlər və bu yaxınlaşmanın prespektivini tam obyektiv dəyərləndirmirlər. Ola bilsin, bu, ya məlumat qıtlığından, ya da məsələyə səthi yanaşmaqdan irəli gəlir. Çünki bizim cəmiyyətdə Azərbaycan-Türkiyə münasibətləri  emosional sentimentlər üstünlük təşkil edir. Bu gün dünyada və Avrasiya məkanında iki geosiyasi ox toqquşur. Bunlar şimal-cənub və şərq-qərb oxlarından ibarətdir. Bu oxların kəsişdiyi nöqtə isə Azərbaycandır. Yəni kim Azərbaycana nəzarət edəcəksə, onun strategiyası da işləyəcək. Buna görə də hazırki dönəmdə nə Azərbaycanı, nə də Azərbaycan-Türkiyə münasibətlərini iki geosiyasi konfiqurasiya fonunda əhəmiyyətini kiçiltmək lazım deyil. Bu iki ölkə münasibətlərinin hərbi, siyasi, mədəni və bütün sahələrdə inkişafı  şərq- qərb oxunun, ölkələrdən ölkələrə keçən dəhlizin işləməsi üçün son dərəcə önəmlidir. Təbii ki, bu duruma şimal və cənub qonşularımızın münasibəti birmənalı deyil. Rusiya və İran demək olar ki, bu məsələnin inkişafında maraqlı deyillər. Bu səbəbdən də istisna etmirəm ki, Azərbaycana qarşı təhdidlər güclənəcək (Onsuzda bu təhdidlər var. Bu təhdidlər açıq şəkildə deyil, amma müəyyən mesajlar var). Məsələ ondadır ki, bu gün yeni Avrasiya düzəni uğrunda geosiyasi savaş gedir”. 
 
 

"Rusiyaya nə aiddiyatı var ki, Azərbaycan kimlə əməkdaşlıq edir”...

Prezidentlərin Türkiyədəki səmimi görüşünə toxunan politoloq, bunun mahiyyətinin yalnız ikitərəfli münasibətlərə aid olduğunu deyib: "Yəni bunu elə qiymətləndirmək olmaz ki, prezidentlərin səmimi görüşü Rusiyanı qıcıqlandırmaq üçün edilib.  Əsla yox! Azərbaycan Rusiyadan tələb etmirsə ki, niyə Ermənistanın hərbi mütəffiqindir, onları silahlandırır, "Qarabağı” işğal etməkdə ermənilərə kömək edib, hazırda da bu torpaqları işğalda saxlamaqda köməklik göstərir. Buna görə də Rusiyaya nə aiddiyatı var ki, Azərbaycan kimlə əməkdaşlıq edir və niyə edir? Biz Rusiya faktorundan, onun önəmindən həddindən artıq bilgilənməməliyik. Azərbaycanın öz xarici siyasəti olmalıdır. Və bu siyasətdə də Türkiyə bizim üçün ən ciddi  partnyordur. Bundan başqa Türkiyə Azərbaycan üçün həm qərbə, Avroatlantik məkana çıxışdır. Həmçinin Türkiyə-Azərbaycan üçün qonşuluqda olan hərbi strateji partnyordur, Azərbaycanın təhlükəsizliyini az-çox təmin edə biləcək bir dövlətdir”. 

Qeyd edək ki, Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycana iki dəfə səfər etmək istəsə də Türkiyədə yaşana terror hadisələri ilə əlaqədar təxirə salındı. Buna görə də prezident İlham Əliyev martın 15-də böyük jest göstərərək özü Türkiyəyə səfər etdi. 

Orxan Aslanlı
 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol