• $
  • €
  • ₽
  • ₺
  • £

Həmsədrlərin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsi müzakirə oluna bilər

Həmsədrlərin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsi müzakirə oluna bilər
12.04.2016 10:31
1-5 iyul 2016-cı il tarixdə ATƏT PA-nın Tbilisidə keçiriləcək 25-ci illik sessiyası çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş ayrıca bir tədbirin keçirilməsi və ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə münaqişənin həlli yollarının müzakirə olunması çox önəmlidir. 

Bunu Trend-ə Azərbaycanın millət vəkili, ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini Azay Quliyev deyib.

O, qeyd edib ki, bu məsələ ATƏT PA-nın aprelin 11-də Kopenhagendə keçirilən Büro iclasında müzakirə olundu: "Hesab edirəm ki, ATƏT PA Minsk qrupunun həmsədrləri ilə münaqişənin həlli ilə bağlı yaxından əməkdaşlıq etməli və sülh danışıqlarının gedişatını bir növ nəzarətdə saxlamalıdır. Minsk qrupunun həmsədləri isə mütəmadi olaraq görülən işlər, problemin həlli və bu istiqamətdə irəli sürülən təkliflər və tərəflərin ona münasibəti haqqında ATƏT PA-ya daim məlumat verməlidir".

A.Quliyev əlavə edib ki, bu cür qarşılıqlı əməkdaşlıq və məlumat mübadiləsi məsələnin tezliklə həllinə, danışıqlarda səmimi və konstruktiv mühitin yaranmasına sanballı töhfə verər: "Hamı bilməlidir ki, münaqişə qısa müddətdə həll olunmalı və işğalın nəticələri tezliklə aradan qalxmalıdır. Bu baxımdan ATƏT-in aidiyyəti institutlarının fəaliyətinin effektiv koordinasiyasına indi əvvəlkindən daha çox ehtiyac var. Ümid edirəm ki, Tbilisidə yay sessiyası çərçivəsində belə bir dinləmənin keçirilməsi mümkün olacaq".

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol