• $
  • €
  • ₽
  • ₺
  • £

Düşmənin kifayət qədər məxfi xəritələri, döyüş və digər sənədləri bizdədir - MÜDAFİƏ NAZİRLİYİ

Düşmənin kifayət qədər məxfi xəritələri, döyüş və digər sənədləri bizdədir - MÜDAFİƏ NAZİRLİYİ
16.04.2016 14:15
Azərbaycan tərəfində də düşmənə məxsus kifayət qədər məxfi xəritələr, döyüş və digər sənədlər var.

Bunu Trend-ə Ermənistan müdafiə nazirinin müavini David Tonoyanın xarici ölkələrin hərbi attaşeləri üçün keçirdiyi konfransda hərbi xəritələri təqdim edərək, guya Azərbaycanın ilk hücuma keçməsi barədə açıqlamalarına münasibət bildirərkən Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətindən qeyd ediblər.

Nazirlikdən bildiriblər ki, D.Tonoyan hərbi forma geyinməsinə baxmayaraq, qeyri-peşəkar və mülki şəxsə məxsus mülahizələrlə çıxışı ilə erməni hərbi rəhbərliyinin bu əməliyyatlarda bacarıqsızlığını ört-basdır etməyə, eyni zamanda xarici dövlətlərin nümayəndələrinin fikirlərini yanlış istiqamətə yönəltməyə çalışıb:

"Həmin xəritələr adi işçi xəritələridir, təlimlərdə belə istifadə edilir və orada müəyyən hədəflər, aviasiya vasitələrinin uçuş marşrutları əks olunub. Odur ki, bu, erməni tərəfinin iddia etdiyi kimi Azərbaycanın döyüş əməliyyatlarına birinci başlamasının heç də sübutu deyil.

Biz, atəşkəs elan edilməsinə baxmayaraq, Ermənistanla müharibə şəraitində yaşayırıq. Bu səbəbdən də hərbi birliklərdə, qoşun növlərində istifadə olunan bütün döyüş sənədləri real vəziyyəti və qarşıya qoyulan tapşırıqları əks etdirir. Hərbi texnika, digər hərbi vasitələr, eləcə də döyüş təminatını yerinə yetirən qüvvələrimizin cəbhəboyu zonada qarşı tərəfdən daha əlverişli, üstün mövqelərdə yerləşdirilməsi, yerdəyişməsi və tətbiqi hərbi maraqlarımıza xidmət edir və qoşunlarımızın düşmən üzərində qələbəsini təmin etmək məqsədini daşıyır".

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan tərəfində də düşmənə məxsus kifayət qədər məxfi xəritələr, döyüş və digər sənədlər var: "Onların əhəmiyyətini, vacibliyini nəzərə almaqla araşdırılması, işlənilməsi və təhlilinin aparılması müvafiq xidmətlər tərəfindən icra edilir".

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol