• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir: Ermənistan regionda sabitliyə əsas təhlükədir

Nazir: Ermənistan regionda sabitliyə əsas təhlükədir
06.05.2016 16:37
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Latviya Respublikasının Azərbaycandakı səfiri Yuris Maklakovs ilə görüşüb.

Oxu.Az xəbər verir ki, görüşdə müdafiə naziri Azərbaycan-Latviya hərbi əməkdaşlığının həm NATO-nun müxtəlif proqramları, həm də ikitərəfli əsasda uğurla həyata keçirildiyini bildirib.

Nazir ölkələr arasında çox yaxşı siyasi əlaqələrin olduğunu, iqtisadi əməkdaşlığın yüksələn templə inkişaf etdiyini vurğulayıb.

Bu əməkdaşlın dostluq münasibətləri üzərində qurulduğunu deyən general-polkovnik Z.Həsənov xüsusi qeyd edib ki, Latviya birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyir.

Ermənistan tərəfindən torpaqlarımızın işğalını isə qeyri-qanuni sayır və qəti şəkildə pisləyir.

Qoşunların təmas xəttində yaranmış son hadisələrə də toxunan müdafiə naziri Ermənistanın regionda sabitliyə əsas təhlükə yaratdığını, münaqişənin beynəlxalq hüququn normalarına və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həllinə nail olunmasının vacibliyini vurğulayıb.

Müdafiə naziri diplomatın ölkəmizdəki səfirlik fəaliyyəti dövründə Azərbaycan ilə Latviya arasında əlaqələrin daha da inkişaf etdirilməsi işinə töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.

Səfir də öz növbəsində ölkələrimiz arasında əlaqələrin mehriban dostluq münasibətlərinə əsaslandığını, Latviyanın Avropada Azərbaycanın vacib tərəfdaşı olduğunu vurğulayıb.
Ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın genişləndirilməsini qarşıya qoyulan prioritet vəzifələrdən biri olduğunu vurğulayan Y.Maklakovs səfir kimi fəaliyyəti dövründə ikitərəfli münasibətlərin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə Azərbaycan-Latviya hərbi əlaqələri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə də geniş fikir mübadiləsi aparılıb.
www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol