• $
  • €
  • ₽
  • ₺
  • £

Məmmədyarov: Ermənilər müharibə cinayətləri törədiblər

Məmmədyarov: Ermənilər müharibə cinayətləri törədiblər
11.05.2016 23:05

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Almaniya kanslerinin xarici əlaqələr və təhlükəsizlik siyasəti məsələləri üzrə müşaviri Kristof Hoysqenlə görüşüb.

XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı Azərbaycan-Almaniya və Azərbaycan-Avropa İttifaqı münasibətləri, enerji əməkdaşlığı, TAP və TANAP layihələri, iqtisadi əməkdaşlıq, Ermənistan-Azərbaycan münaqişəsi, beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.

E. Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinə dair son vəziyyətlə bağlı məlumat verərək, Ermənistan silahlı qüvvələrinin hərbi əməliyyatlar zamanı azərbaycanlı mülki əhaliyə qarşı yönəlmiş müharibə cinayətləri törətməsi və bu fonda Ermənistan tərəfinin təxribat xarakterli bəyanatlar verməsini vurğulayıb, münaqişənin həlli prosesində ATƏT-in fəallıq göstərməsinin vacibliyini qeyd edib və bu xüsusda, Almaniyanın ATƏT-ə sədrliyi dövründə töhfə verə biləcəyinə ümidvar olduğunu ifadə edib.

Görüşdə iki dövlət arasında mövcud olan siyasi dialoq və iqtisadi əməkdaşlığın yüksək səviyyəsindən məmnunluq ifadə edilib, Azərbaycan prezidentinin Almaniyaya son iki ildəki səfərlərinin dövlətlərimiz arasında münasibətlərin inkişafına mühüm töhfə verdiyi vurğulanıb.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol