• $
  • €
  • ₽
  • ₺
  • £

Sabiq XİN başçısı: "Azərbaycan təmas xəttində kameraların quraşdırılmasına razılıq verməyəcək"

Sabiq XİN başçısı: "Azərbaycan təmas xəttində kameraların quraşdırılmasına razılıq verməyəcək"
17.05.2016 12:41
Tofiq Zülfüqarov: Ermənistan vaxt götürüb Vyanada verilən təkliflər barədə fikirləşməli və ictimai rəyi hazırlamalıdır

"Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarqsyan arasında keçirilən danışıqlarda növbəti görüşün anonsu verildi. Bu da onu göstərir ki, bir sıra məsələlər açıq qalıb. Ermənistan vaxt götürüb təkliflər barədə fikirləşməli və ictimai rəyi hazırlamalıdır".

Bunu "Report"a açıqlamasında Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində müşahidə kamerlarının quraşdırılması ilə bağlı səslənən təklifə toxunan sabiq nazir qeyd edib ki, gələcəkdə Azərbaycan əraziləri işğaldan azad edilsə, kameraların quraşdırılması mümkündür: "Yəni, atəşkəs rejimini təmin etmək üçün texniki vasitələrdən istifadə etmək olar. Amma kameralar harada quraşdırılacaq? Təmas xəttində kameraların quraşdırılmasına Azərbaycan razılıq verməz. Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistan təhlükəsizlik istəyirsə, işğal etdiyi əraziləri boşaltmalıdır".

T.Zülfüqarov bildirib ki, işğal olunan Azərbaycan əraziləri qeydsiz-şərtsiz boşaldılmalıdır: "Azərbaycanın mövqeyi bəllidir və dəfələrlə şərh olunub. Yəni, işğal olunmuş Azərbaycan əraziləri qeydsiz-şərtsiz boşaldılmalıdır. Bu, ya hərbi, ya da sülh yolu ilə həllini tapacaq. Azərbaycan mövqeyi belədir və inanmıram ki, bu mövqe dəyişsin. Artıq Erməni tərəfənin qeyri-ciddi bəyanatlarının vaxtı bitib".

Qeyd edək ki, mayın 16-da Avstriyanın paytaxtı Vyanada Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarqsyan arasında görüş keçirilib. Danışıqlarda ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun həmsədrləri, həmçinin Rusiyanın xarici işlər nazirləri Sergey Lavrov, ABŞ-ın dövlət katibi Con Kerri,  Fransanın Avropa məsələləri üzrə naziri Arlem Dezir iştirak edib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol