• $
  • €
  • ₽
  • ₺
  • £

Yerevanın nüvə silahı var açıqlamasına politoloqdan cavab

Yerevanın nüvə silahı var açıqlamasına politoloqdan cavab
11.05.2016 13:48
"Erməni lobbisi uzun onilliklər məzlum erməni obrazı yaradıb, müəyyən dəstək qazanıb, indi bir başıxarab erməni "nüvə silahımız var” deməklə lobbinin bu əməyini yerə vurub".

ANN.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ermənilərin Azərbaycanı nüvə silahı hədəsi ilə bağlı fikirlərinə münasibət bildirərəkən deyib.

Elxan Şahinoğlunun sözlərinə görə, Ermənistanın keçmiş baş naziri, deputat Qrant Baqratyan "Yerevanın nüvə silahı var” sözləri ilə həm özünü, həm də ölkəsini çətin duruma salıb: "Aydındır ki, Ermənistan o dövlətlərdən deyil ki, nüvə silahı olsun. Ancaq Ermənistan uran əldə edib çirkli bomba hazırlaya bilər. Bunun üçün böyük ağıl sahibi olmaq lazım deyil. Bu isə Qərbi və elə Rusiyanın özünü ciddi narahat etməlidir. Təsadüfi deyil ki, Avropa İttifaqı Ermənistanın nüvə silahına malik olması barədə bəyanatları araşdıracaq. Vaşinqtondan da mövzuyla bağlı açıqlamalar səslənib, hətta ABŞ-ın nüfuzlu qəzetləri bu mövzuya məqalələr həsr ediblər. Erməni lobbisi uzun onilliklər məzlum erməni obrazı yaradıb, müəyyən dəstək qazanıb, indi bir başıxarab erməni "nüvə silahımız var” deməklə lobbinin bu əməyini yerə vurub. Şübhələri artıran həm də bir müddət öncə ermənilərin Gürcüstanla sərhəddən radiasiya komponentli maddələri keçirməyə çalışmalarıdır".

Politoloq bildirib ki, Əslində Qrant Baqratyanın "nüvə silahıyla Azərbaycanı və Türkiyəni durdurmalıyıq” ifadəsi həm də o deməkdir ki, Ermənistan Azərbaycanla müharibədən çəkinir, bizimlə təkbətək qalmaq istəmir: "Ermənistandakılar anlamırlar ki, hətta hipotetik olaraq nüvə silahları olsa belə, Azərbaycan Dağlıq Qarabağa nəzarət uğrunda mübarizədən əl çəkən deyil. Bir də ki, Ermənistanın nüvə silahı haqqında məlumat sirr qala bilməzdi və belə bir məlumat həqiqətə yaxın olsaydı, Azərbaycanın nüvə silahı Ermənistandan daha öncə yaradılardı. Hindistan bir gün nüvə sınağı keçirtdi və bütün dünyaya bəyan etdi ki, nüvə silahı var, üstündən 24 saat keçməmiş Hindistanla münasibətlərində problemi olan Pakistan da nüvə sınağı keçirtdi və o da nüvə silahına malik olduğunu açıqladı. Başqa sözlə Pakistan hərbi üstünlüyün rəqib dövlətin tərəfinə keçməsinə imkan vermədi və hər iki dövlətin kəşfiyyatı, o cümlədən alimləri bilirdi ki, qarşı tərəf nə işlə məşğuldur.

Yəni bir gün Ermənistanın böyük və ya kiçik həcmli nüvə silahı peyda olarsa, eyni və bəlkə də daha modern nüvə silahına Azərbaycan sahib olmaq məcburiyyətində qalacaq. Bəlkə də bu haqda indidən düşünmək lazımdır..."

Rəşid Mustafazadə
ANN.az

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol