• $
  • €
  • ₽
  • ₺
  • £

"Türkiyə səfiri yenidən Berlinə qayıdacaq" - POLİTOLOQ

"Türkiyə səfiri yenidən Berlinə qayıdacaq" - POLİTOLOQ
03.06.2016 13:44
Almaniya Bundestaqının deputatları 1915-ci ildə Osmanlı imperiyasında baş verən hadisələrin "soyqırım” kimi tanınması haqqında qətnamə qəbul ediblər.
 
 

Qətnamə sənədində deyilir:  "Birinci Dünya Müharibəsində Osmanlı imperiyasında ermənilərin məhv edilməsi erməni xalqının minillik tarixində böyük nəticələrə səbəb olmuş bir fəlakət idi. Ona görə ki, müstəqil hesablamalara görə, deportasiya və kütləvi qətllər bir milyondan çox erməninin həyatı bahasına başa gəlib. Çoxsaylı müstəqil tarixçilər, parlament və beynəlxalq təşkilatlar ermənilərin təqibi və məhv edilməsini soyqırım hesab edirlər”. 

ANN.Az xəbər verir ki, Bundestaqın deputatlarının qəbul etdiyi qətnaməni "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu şərh edib.
 
"Ankara Almaniyadakı səfirini geri çağırıb, ancaq ara sakitləşəndən sonra səfir yenidən Berlinə qayıdacaq" 
 

Elxan Şahinoğlu

Politoluqun sözlərinə görə, Almaniya parlamentinin "erməni soyqırımı” qətnaməsini qəbul etməsinə baxmayaraq, Ankara Berlinlə münasibətləri tamamən dondurmayacaq: "Doğrudur, Ankara Almaniyadakı səfirini geri çağırıb, ancaq ara sakitləşəndən sonra səfir yenidən Berlinə qayıdacaq. Vaxtilə Fransa parlamenti də oxşar "qətnamə” qəbul etmişdi. Ankara Fransadakı səfirini geri çağırdı, az sonra səfir yenidən Parisə qayıtdı. Çünki, Ankara ermənpərəst qətnamələrə nə qədər qəzəblənsə, bunun ədalətsiz olduğunu vurğulasa da, bu "sənədləri” qəbul edən ölkələrlə əməkdaşlığı tamamən dayandıra bilməz. Ortada milyardlarla dolar iqtisadi-ticarət əlaqələri, biznes maraqları var. Elə Ermənistanla erməni lobbisinə də bu lazımdır ki, Türkiyənin "erməni soyqrımını” qəbul edən ölkələrlə münasibətləri tamamən pozulsun".

Elxan Şahinoğlu "erməni soyqırımı” qətnamələrinin qəbuluna laqeyd baxılmasını düzgün saymır: "Sadəcə, bunu faciəyə də çevirmək lazım deyil, qəbul edəcəkləri qondarma qətnamələrin Türkiyə əleyhinə hüququ gücü yoxdur. Əks həmlələri gücləndirmək lazımdır. Azərbaycan dünya miqyasında Xocalı soyqrımının tanıtdırılmasına çalışır və müəyyən nəticələr də var, bir sıra parlamentlər müvafiq sənədlər qəbul ediblər. Türkiyə Azərbaycanla birgə bu iqtiqamətdə çalışmaları yoğunlaşdırmalıdır ki, dünya görsün ki, "erməni soyqırımı” iddiaları mübahisəli olduğu halda, Xocalı soyqırımı şahid ifadələri və video görüntürlərlə sübut olunub, ermənilər bu sübutlara etiraz etmirlər".
 
Qeyd edək ki, Türkiyə Bundestaqın deputatlarının qəbul etdiyi qətnamə ilə əlaqədar Almaniyadakı səfiri Hüseyn Avni Karslıoğlunu geri çağırıb.

Orxan Aslanlı


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol