• $
  • €
  • ₽
  • ₺
  • £

Zaxarova: "Görüş həqiqətən də, yüksək səviyyədə keçib"

Zaxarova: "Görüş həqiqətən də, yüksək səviyyədə keçib"
23.06.2016 17:49
"Sankt-Peterburqda keçirilən üçtərəfli görüş barədə prezidentlərin birgə bəyanatı qəbul olunub. Həmin bəyanatda danışıqlar prosesində nələrin müzakirə olunduğu və hansı razılıqlar əldə edildiyi əksini tapıb".
 
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
 
O, görüşdə əldə olunan razılığı kiminsə özünəməxsus şəkildə interpretasiya etməyə cəhd göstərməsinin yolverilməz olduğunu bildirib.
 
Rusiyanın münaqişəsinin həlli prosesində təşəbbüsü ələ alması ilə bağlı yayılan fikirlərə toxunan diplomat qeyd edib ki, bu məlumatların heç bir əsası yoxdur: "Sankt-Peterburq görüşündən qabaq guya Rusiyanın münaqişənin həlli ilə bağlı təşəbbüsü ələ alması ilə bağlı məlumatlar yayılırdı. Həmin məlumatlarda bildirilirdi ki, Rusiya Minsk qrupunu danışıqlar prosesindən uzaqlaşdırmaq, danışıqların formatın dəyişmək istəyir. Lakin Sankt-Peterburqda keçirilən üçtərəfli görüş bunun belə olmadığını bir daha sübut etdi. Həmin görüşə Minsk qrupunun həmsədrləri də qatılmışdılar. Onlar görüşün keçiriləcəyi barədə əvvəldən məlumatlandırılmışdılar. Rusiya çalışır ki, Minsk qrupu çərçivəsində illərdir formalaşan potensialı qoruyub saxlasın".
 
M. Zaxarova tərəflərin Sankt-Peterburq görüşünü yüksək qiymətləndirdiyini də xatırladıb: "Əgər tərəflər belə qiymət veribsə, deməli, görüş həqiqətən də, yüksək səviyyədə keçib".

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol