"Fətullah Gülənin ekstradisiyası ilə bağlı lazımi sənədlər ABŞ-a göndərilib"

"Fətullah Gülənin ekstradisiyası ilə bağlı lazımi sənədlər ABŞ-a göndərilib".
ANN.Az xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib.
Səfirin sözlərinə görə, ABŞ-dan əsas gözlənti göndərilən sənədlərə lazımi reaksiyanın verilməsidir. Türkiyənin güclü dövlət olduğunu vurğulayan səfir ölkənin xarici siyasətinin dostluqların sayını artırmaq əsasında qurulacağını söyləyib: "Rusiya ilə təyyarə hadisəsindən sonrakı sıxıntılı dövrü geridə qoyduq. İsraillə münasibətləri də müsbət yöndə inkişaf etdirməyə davam edəcəyik”
www.ann.az
Son xəbərlər 
Daha çox 























