• $
  • €
  • ₽
  • ₺
  • £

AMEA-nın elmi tədqiqatlara nəzarət etmək səlahiyyəti ləğv edildi

AMEA-nın elmi tədqiqatlara nəzarət etmək səlahiyyəti ləğv edildi
10.08.2016 15:12
 Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının yaradılmasının yeni proseduru məlum olub.
 
APA-nın məlumatına görə, bu, "Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin fərmanında əksini tapıb.
 
Fərmana əsasən, elmi müəssisə və təşkilatların həyata keçirdiyi elmi tədqiqat işlərinin əlaqələndirilməsini təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası yaradılacaq. Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının fəaliyyəti Nazirlər Kabineti tərəfindən təsdiq edilən Əsasnaməyə uyğun həyata keçiriləcək. Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının əsas vəzifəsi ölkədə aparılan elmi tədqiqat işlərinin əlaqələndirilməsi və təkrarçılığın aradan qaldırılması, müxtəlif elmi strukturların birgə elmi tədqiqatlara cəlb edilməsi, fundamental və tətbiqi tədqiqatların, sahələrarası elmi-texniki proqramların həyata keçirilməsinə nəzarətin təmin edilməsi, onların nəticəliliyinin və səmərəliliyinin yüksəldilməsindən ibarətdir. Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası öz tərkibində elmin əsas istiqamətləri əsasında elmi problemlər üzrə elmi şuraları yaradacaq. Elmi problemlər üzrə elmi şuraların tərkibi müvafiq istiqamətlər üzrə fəaliyyət göstərən elmi müəssisə və təşkilatların və ali təhsil müəssisələrinin yüksəkixtisaslı elmi kadrlarından formalaşdırılacaq.
 
Qeyd edək ki, bundan əvvəl Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Milli Elmlər Akademiyasının statusu haqqında” 4 yanvar 2003-cü il tarixli fərmanına uyğun olaraq AMEA Rəyasət Heyətinin 11 fevral 2004-cü il tarixli 7/10 nömrəli qərarı ilə yaradılıb və onun nəzdində fəaliyyət göstərir. Əlaqələndirmə Şurası Azərbaycan Respublikasının bütün elmi tədqiqat və ali təhsil müəssisələrində təbiət, texnika, humanitar və ictimai elmlər sahəsində aparılan fundamental və tətbiqi tədqiqatların, sahələrarası elmi-texniki proqramların əlaqələndirilməsinə və onların həyata keçirilməsinə nəzarət edən səlahiyyətli orqan statusundadır.
 
Hazırda Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının sədri AMEA prezidenti Akif Əlizadədir.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol