• $
  • €
  • ₽
  • ₺
  • £

"Dağlıq Qarabağ münaqişəsinin qanun çərçivəsində ədalətli həllinə tərəfdarıq"

"Dağlıq Qarabağ münaqişəsinin qanun çərçivəsində ədalətli həllinə tərəfdarıq"
26.08.2016 16:24
"Rus Pravoslav Kilsəsi dəyişməz və ardıcıl olaraq Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının və fikir ayrılıqlarının qarşılıqlı məqbul həll yollarının qanun çərçivəsində axtarışının tərəfdarıdır”.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Pravoslav Kilsəsindən Azərbaycanın Rusiyadakı səfirliyinə daxil olan məktubda bildirilib.
 
Səfirliyin Pravoslav Parlamentlərarası Assambleyasının XXIII konfransının yekun bəyannaməsi ilə bağlı göndərdiyi müraciətə cavab məktubunda qeyd olunub ki, Rus Pravoslav Kilsəsi Dağlıq Qarabağ münaqişəsinin qanun çərçivəsində həllinin tərəfdarıdır.
 
Məktubda bildirilib ki, 1993-cü ildən başlayaraq Moskva və bütün Rusiyanın patriarxının vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın dini liderlərinin bir sıra görüşləri keçirilib: "Həmin görüşlərdə iştirakçılar dəfələrlə qeyd ediblər ki, Qarabağ münaqişəsi dini zəmində deyil və siyasi xarakter daşıyır. Millətlərarası düşmənçilik xristianlıq və islam dinlərində günah sayılır. Moskva patriarxlığı bu gün də həmin mövqedən çıxış edir, münaqişənin sülh yolu ilə ədalətli həllinə səy göstərir. Azərbaycan tərəfinin narahatlığı Pravoslav Parlamentlərarası Assambleyanın rəhbərliyinə çatdırılacaq”.
 
Qeyd edək ki, Pravoslav Parlamentlərarası Assambleyanın 2016-cı il iyulun 4-8-də Yunanıstanda keçirilən XXIII illik konfransının yekun bəyannaməsində aprel ayında Dağlıq Qarabağ istiqamətində, Azərbaycan və işğalçı Ermənistan qoşunlarının təmas xəttində baş vermiş hadisələrə birtərəfli münasibət yer alıb və Azərbaycan tərəfi ittiham olunub. Sənəddə bildirilir ki, aprelin 1-dən 2-nə keçən gecə Azərbaycan ordusu genişmiqyaslı hərbi əməliyyatlara başlayıb: "Çoxlu sayda ağır silahların tətbiqi, dinc əhalinin atəşə tutulması problemin hərbi yolla həllinə yönəlmiş səyləri açıq göstərir. ATƏT-in Minsk Qrupu həmsədrlərini və beynəlxalq təşkilatları yaranmış duruma müdaxilə etməyə, bütün mexanizmlərdən və vasitələrdən istifadə edərək bölgədə qeyri-sabitlik və gərginlik yaradan addımların qarşısını almağa çağırırıq”. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol