• $
  • €
  • ₽
  • ₺
  • £

Məmmədyarov: “Münaqişənin həlli inteqrasiyasına töhfə verə bilər”

Məmmədyarov: “Münaqişənin həlli inteqrasiyasına töhfə verə bilər”
29.08.2016 17:04
"Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq dostluq, qarşılıqlı hörmət və mehriban qonşuluq prinsipləri əsasında yüksələn xətt üzrə inkişaf edir".
 
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstanda səfərdə olan Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov gürcüstanlı həmkarı Mixeil Canelidze ilə birgə mətbuat konfransı deyib.
 
E. Məmmədyarov iki ölkə arasında əməkdaşlığın inkişafında xalqlarımız arasında olan tarixi dostluq əlaqələrinin danılmaz rolu olduğunu bildirib: "Azərbaycan və Gürcüstan beynəlxalq hüquq norma və prinsiplərinə və BMT Nizamnaməsinə uyğun olaraq, bir-birilərinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini dəstəkləyir.”
 
O, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar barədə həmkarına məlumat verdiyini deyib: "Mən həmkarımı Ermənistan-Azərbaycan münaqişələrinin həlli üzrə aparılan danışıqlar prosesi barədə məlumatlandırdım. Azərbaycan münaqişənin həlli və bütün beynəlxalq ictimaiyyət, o cümlədən dövlət başçıları səviyyəsində ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən qəbul edilməyən, qeyri-davamlı sayılan mövcud status-kvonun dəyişdirilməsi üzrə substantiv danışıqların tərəfdarıdır. Münaqişənin həllində irəliləyişə nail olmaq üçün BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə uyğun olaraq, Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı, hərbi işğal faktına son qoyulmalıdır.
 
Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsi regionda davamlı sülh və təhlükəsizliyin bərqərar olunmasını təmin edir. Azərbaycana qarşı yürütdüyü destruktiv işğalçı siyasətin nəticəsidir ki, Ermənistan bu gün bütün regional layihələrdən kənarda qalıb. Münaqişənin həlli Ermənistanın da regional əməkdaşlıq proseslərinə inteqrasiyasına töhfə verə bilər”.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol