• $
  • €
  • ₽
  • ₺
  • £

"Ermənilərin heç bir təhdidi mənim mövqeyimi dəyişə bilməz"

"Ermənilərin heç bir təhdidi mənim mövqeyimi dəyişə bilməz"
22.09.2016 17:59
"Dağlıq Qarabağ Azərbaycan ərazisidir".
 
APA-nın İsrailə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Akko şəhərinin meri Şimon Lankri deyib. 
 
O bildirib ki, Akko şəhərində tez-tez Xocalı faciəsinə həsr olunmuş  tədbirlər keçirilir: "Ermənilər dəfələrlə mənə yazıblar və bu tədbirlərin keçirilməsinə etiraz ediblər. Lakin mən birmənalı şəkildə bəyan etmişəm ki, Azərbaycana dəstək verməkdə davam edəcəyəm. Ermənilər tərəfindən heç bir təhdid və ya məktub mənim mövqeyimi dəyişə bilməz”.
 
O həmçinin qeyd edib ki, Akko azərbaycanlı icmanın ən çox yaşadığı şəhərlərdən biridir: "Yəhudilər Azərbaycanın müdafiəsi uğrunda qan töküblər. Bizim Albert Aqarunov adlı Milli Qəhrəmanımız da var. Onun qardaşı hazırda burada yaşayır. Anası burada dəfn olunub”.
 
Ş. Lankri Azərbaycana 2015-ci ildə səfər etdiyini deyib, Quba şəhərindəki "Krasnoya Slaboda" qəsəbəsinə getdiyini bildirib. Mer Akko ilə Qubanın qardaşlaşmış şəhərlər olmaq barədə razılaşma əldə etdiklərini də diqqətə çatdırıb: "2017-ci ildə bu razılaşmanın imzalanmasına hazırlıq gedir. Gələn ilin may-iyun aylarında Azərbaycan prezidentinin müşaviri Kamal Abdullanın dəvəti ilə Bakıya səfər edəcəyik”.
 
Mer hazırda Akko şəhərində "Azərbaycan evi”nin inşa edildiyini də bildirib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol