• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan XİN-i “Euronews”u qərəzli mövqeyinə görə suçladı

Azərbaycan XİN-i “Euronews”u qərəzli mövqeyinə görə suçladı
23.09.2016 15:34
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) "Euronews” telekanalının Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırladığı verilişə münasibət bildirib.

Oxu.Az-ın xəbərinə görə, Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, "Euronews” telekanalının "İnsiders” verilişində müxbir Valerie Gauriat tərəfindən qərəzli və birtərəfli xətt yeridilib.

XİN rəsmisinin sözlərinə görə, proqramda Azərbaycanın işğal olunmuş ərazilərindəki qondarma rejim bir qurum kimi təqdim edilib: 

"Bu da işğal və təcavüz faktına, işğal olunmuş Azərbaycan ərazilərində Azərbaycan xalqına qarşı törədilmiş qanlı etnik təmizləməyə göz yummaqdan başqa bir şey deyil. Bu həm də jurnalist obyektivliyi, "Euronews”un həmişə tərəfdar çıxdığı qərəzsizlik prinsipləri ilə ziddiyyət təşkil edir. Digər tərəfdən "Euronews”un çəkiliş qrupu Azərbaycanda olarkən Xocalı sakinləri ilə görüş keçirib. Xocalı sakinləri ilə görüşmələrinə baxmayaraq, onlar Xocalı sakinlərinin iztirablarını, Ermənistan tərəfindən onlara qarşı törədilmiş işgəncələri verilişdə əks etdirməyiblər. Bu da narahatlıq doğuran növbəti məqamlardan biridir”.

H.Hacıyev qeyd edib ki, verilişdə Azərbaycanın işğal olunmuş torpaqlarında fəaliyyət göstərən qeyri-qanuni iqtisadi qurum "Artsah Fruit” şirkəti haqda da məlumat verilib: 

"Bu məlumatın verilməsi, "Artsah Fruit” şirkətinin nümayəndəsinin açıqlaması onu göstərir ki, Ermənistan bu məsələdə də beynəlxalq ictimaiyyəti aldatmaq siyasəti yürüdür. Şirkət təmsilçisi onların məhsullarında Ermənistanın etiketindən istifadə olunduğunu bildirir. Bu da məhsulun ixracı zamanı digər ölkələrin gömrük rejiminin aldadılmasına xidmət edir, çünki məhsulların ixracı zamanı onların istehsal mənşəyi düzgün şəkildə qeyd edilməlidir.

Ümumiyyətlə, biz bu verilişi qərəzli hesab edirik. Veriliş jurnalist obyektivliyi prinsipindən kənardır. Bu kimi məsələlərdə, xüsusən Azərbaycan-Ermənistan münaqişəsinin işıqlandırılması prosesində jurnalistlər obyektivlik prinsiplərinə ciddi şəkildə riayət etməlidirlər. Azərbaycan yenə də bu məsələdə yerli və beynəlxalq media üçün yaratdığı mətbuat azadlığı imkanlarını bir daha təsbit etmiş oldu. 

"Euronews”un jurnalisti Azərbaycan Xarici İşlər Nazirliyinə göndərdiyi məktubda Azərbaycanın ərazi bütövlüyü, suverenliyinə hörmət etdiyini ifadə edərək jurnalist fəaliyyəti üçün ona icazə verilməsini xahiş etmişdi.

Mətbuatın azadlığını hər zaman dəstəkləyən ölkəmiz ona Azərbaycan ərazisində, eyni zamanda işğal olunmuş Azərbaycan torpaqlarında fəaliyyət göstərmək üçün akkreditasiya kartı vermişdi. Amma təəssüf ki, verilişin hazırlanması prosesində obyektivlik və jurnalist qərəzsizliyi prinsiplərinə tam şəkildə riayət edilməyib”.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol