• $
  • €
  • ₽
  • ₺
  • £

Demokratik İslahatlar Partiyası referendumla bağlı mövqeyini açıqladı

Demokratik İslahatlar Partiyası referendumla bağlı mövqeyini açıqladı
27.09.2016 18:34
Demokratik İslahatlar Partiyası 26 sentyabr 2016-cı il tarixində keçirilmiş Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendumun nəticələrini müzakirə edib.

 DİP ümumilikdə seçki prosesini müşahidə edib. Partiyanın müşahidəçiləri ölkə üzrə əksər DSK-larda və MnSK-larda səsvermə prosesini izləyiblər. Eyni zamanda partiya nümayəndələri referendumu müşahidə edən beynəlxalq missiyaların nümayəndələrinin də rəyləri ilə yaxından tanış olublar. 

 Partiya Siyasi Şurası bu müşahidələrin nəticələrinə əsasən bəyan edir ki, referendum günü ölkə üzrə seçici fəallığı hiss olunub. Bir sıra məntəqələrdə bəzi texniki çatışmazlıqlar, xırda qanunsuzluqlar istisna olmaqla, partiya tərəfindən ciddi qanun pozuntuları qeydə alınmayıb. Qeydə alınan çatışmazlıqlar çox az sayda məntəqəni əhatə etdiyindən, referendumun nəticələrinə təsir etmək gücündə olmayıb. 

Referendumun qanunvericiliyə uyğun, şəffaf şəraitdə keçdiyini, bütün ictimai və siyasi qurumların nümayəndələrinə onu sərbəst şəkildə müşahidə etmək imkanlarının yaradıldığını, ümumilikdə referendumun nəticələrinin xalqın iradəsini ifadə etdiyini bəyan edirik.

 Ümid edirik ki, referendumun nəticələri Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsinə, ölkədə geniş və hərtərəfli demokratik islahatların aparılmasına, insan hüquqlarının etibarlı şəkildə qorunmasına, ümumilikdə hüquqi dövlətçiliyin möhkəmlənməsinə və vətəndaş cəmiyyətinin inkişafına öz töhfələrini verəcəkdir.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol