• $
  • €
  • ₽
  • ₺
  • £

Sisianovun Gəncə ermənilərinə məktubu - Qisas

Sisianovun Gəncə ermənilərinə məktubu - Qisas
02.10.2016 13:03
Bu il qəsbkar rus generalı Pavel Sisianovun qətlinin 210 ili tamam olur.
 
Axar.az xatırladır ki, 1803-cü ildə Cavad Xanla məktublaşan və ona "təslim ol” çağırışı edən Sisianov rədd cavabı aldıqdan sonra Gəncəyə irimiqyaslı hücum təşkil etməyi qərara alır. O, qəhrəman şəhərin - Gəncə əhalisinin müqavimətindən çəkinərək, hiyləyə əl atır və ermənilərə belə bir məktubla müraciət edir:
 
"Bütün Rusiya ordusu ilə Gəncə torpağına girərkən, hamınızı lütfkar rus hökmdarlarının adından əmin edirəm ki, Rusiya taxt-tacının müdafiəsi üçün qalxan hər kəs özünün və əmlakının təhlükəsizliyinə tam təminat alacaq, müsəlmanların soyğunçuluğundan, hər cür təqib və sıxışdırmalardan canınız qurtaracaq, sizə Gürcüstanın hər hansı bir guşəsində asudə yaşamaq hüququ veriləcək”.
 
Onun bu hiyləsi özünü doğruldur. Təsadüfi deyil ki, Cavad Xanın ölümünə və Gəncənin işğalına səbəb olan Anodyan elə Cavad Xanın erməni arvadı Astığikin qardaşı idi.
 
1804-cü ildə xəyanət nəticəsində Cavad Xan öldürülür və Gəncə işğal olunur. Lakin Sisianovun bu vəhşiliyi cavabsız qalmır.
 
Tarixçi Sevda Süleymanova Sisianovun qətlinin hansı şəraitdə baş verdiyini belə açıqlayır:
 
"General Sisianov 1805-ci ildə "Kürəkçay müqaviləsi”ni imzalamaq üçün Azərbaycan xanlıqlarına müraciət edir. Qarabağ, Şəki, Şamaxı xanları müqaviləyə imza atsalar da, Bakı xanı Hüseynəli Xan bundan imtina edir. Sisianov 1806-cı ildə Hüseynəli Xanı razı salmaq üçün Bakıya yollanır. Lakin xanın əmisi oğlu İbrahim bəy Bakının açarları Sisianova təqdim edildiyi vaxt onu güllələyərək öldürür. Sonra isə başını kəsərək İrana, Abbas Mirzəyə aparıb təhvil verir. Ozamankı tarixi faktlara görə, Sisianovun başı Qoşa Qala qapısının önündə kəsilib”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol