• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan İsveçrə ilə iki saziş imzaladı - FOTOLAR

Azərbaycan İsveçrə ilə iki saziş imzaladı - FOTOLAR
10.10.2016 17:55
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İsveçrəyə rəsmi səfəri çərçivəsində bu ölkənin Xarici İşlər Departamentinin rəhbəri Didye Burkhalter ilə görüşüb.

Azərbaycan XİN-in mətbuat xidmətindən ANN.AZ-a verilən xəbərə görə, görüşdə Azərbaycan və İsveçrə arasında əlaqələrin inkişaf səviyyəsindən məmnunluq ifadə olunub. Nazirlər iki ölkə arasında fəal siyasi dialoqun mövcudluğunu təqdir edərək, bu səfərin ikitərəfli əməkdaşlığın hərtərəfli inkişafı üçün əlverişli imkanlar yaratdığını vurğulayıblar. 

Tərəflər ikitərəfli siyasi əlaqələrin ruhuna uyğun olaraq, iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün iki ölkənin geniş potensiala malik olduğunu nəzərə çatdırıblar. Bu xüsusda, İsveçrənin 70-dən artıq şirkətinin Azərbaycanda, SOCAR-ın isə İsveçrədə uğurlu fəaliyyəti qeyd olunub.

Görüşdə İsveçrə şirkətlərinin Azərbaycanda həyata keçirilən nəqliyyat, xüsusilə dəmir yol layihələrində iştirak etməkdə maraqlı olduğu bildirilib. Tərəflər peşə təhsili və təlim sahəsində əməkdaşlıq məsələlərinə toxunaraq və İsveçrənin bu sahədə təkmil sistemə malik olduğunu qeyd edərək, bu sahədə təcrübə mübadiləsinin aparılmasının əhəmiyyətini bildiriblər. Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, eləcə də qarşılıqlı şəkildə beynəlxalq qurumlara olan namizədliklərin dəstəklənməsinə dair fikir mübadiləsi aparılıb.
Nazirlər həmçinin qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələləri müzakirə ediblər.

Görüşdən sonra nazir E.Məmmədyarov və federal müşavir D.Burkhalter "Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” və "Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında İcazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” sazişləri imzalayıblar. 

Sazişlər ratifikasiya edildikdən sonra iki ölkə arasında diplomatik və xidməti pasporta malik şəxslərin vizasız gediş-gəlişi təmin ediləcək və həmçinin digər kateqoriyadan olan şəxslərin viza almaları asanlaşacaq.
 
Kamil ƏMİRLİ




www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol