• $
  • €
  • ₽
  • ₺
  • £

"Ermənistan terroru dəstəkləyir" - XİN-dən ASALA açıqlaması

"Ermənistan terroru dəstəkləyir" - XİN-dən ASALA açıqlaması
12.10.2016 15:55
Xarici İşlər Nazirliy (XİN) dünya birliyinin terror təşkilatı kimi tanıdığı ASALA qruplaşmasının bayrağının Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində asılmasına münasibət bildirib.

ANN.AZ xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev AzVision.az-ın sorğusuna cavab olaraq bildirib ki, Ermənistan tərəfindən ASALA terror təşkilatının bayrağının qaldırılması və "milli fəxarət” rəmzi kimi təlqin edilməsi yenilik deyildir: "Ermənistan terroru dəstəkləyən dövlətdir. 80-ci illərin sonlarından başlayaraq ASALA öz əməliyyat zonasını Yaxın Şərq və Avropadan Cənubu Qafqaza keçirmişdir. ASALA-nın terror əməliyyatları təcrübəsi və "modus operandisi” əsasında Ermənistan xüsusi xidmət orqanları tərəfindən Azərbaycan ərazisində 30-dan artıq terror əməliyyatı törədilmişdir. 90-cı illərin əvvəllərində Bakı metrosunda törədilmiş terrorla Ermənistan və ASALA dünyada ilk "metro terrorizmi”ni həyata keçiriblər”.

H.Hacıyev qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü, işğal olunmuş ərazilərimizdə qanlı etnik təmizləmə əməllərinin, o cümlədən Xocalı soyqırımının törədilməsində ASALA və onun alt-qolları olan "Arabo” və "Aramo” terrorçu qrupları bilavasitə iştirak ediblər: "ASALA-nın rəhbərlərindən olan Monte Melkonyan Ermənistanın milli qəhrəmanıdır və onun adına paytaxt Yerevanda abidə və küçə vardır. Monte Melkonyanın terrorçu "qəhrəmanlığı” Ermənistanda orta məktəb dərsliyinə daxil edilib.

Odur ki, bu gün ASALA terror təşkilatı Ermənistan xüsusi xidmət orqanları və ordu birləşmələrinin tərkibinə inteqrasiya olunaraq fəaliyyət göstərməkdə davam edir. İşğal olunmuş ərazilərimizdə də ASALA-nın bayrağının qaldırılması bu faktın və Ermənistanın dövlət səviyyəsində terrorizmi dəstəkləməsinin növbəti nümunəsidir”.

Qeyd edək ki, dünya birliyinin terror təşkilatı kimi tanıdığı ASALA qruplaşmasının bayrağı Qarabağdakı təmas xəttində asılıb. Bu fotofaktı ermənilər sosial şəbəkədə yayıblar. Onlar həmin bayrağın 2011-ci ildən bəri təmas xəttinin Tərtər rayonu istiqamətindəki döyüş mövqelərində asıldığını və Azərbaycan mövqelərindən göründüyünü yazırlar.

Xatırladaq ki, ASALA terror təşkilatı 1975-ci ildə Livanın paytaxtı Beyrutda yaradılıb. Təşkilat əksəriyyəti türk diplomatı olmaqla, ümumilikdə 46 nəfərin ölümünə bais olub. 1988-ci ildə liderləri Akop Akopyan Afinada öldürüldükdən sonra ASALA fəaliyyətinə son qoyub.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol