• $
  • €
  • ₽
  • ₺
  • £

"Türkiyənin mövqeyi hamıya məlumdur" - Politoloq

"Türkiyənin mövqeyi hamıya məlumdur" - Politoloq
13.10.2016 13:27
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanın Azərbaycanın işğal olunmuş beş rayonunu qaytarması məsələsinin gündəmdə olduğunu deyib.

"Bu gün Minsk qrupunun həmsədrləri bəzi konstruktiv təkliflər irəli sürüblər. Gündəmdə işğal olunmuş ən azı beş rayonunun Azərbaycana qaytarılması məsələsi durur.  Rusiya bu təklifi paylaşdı, Türkiyə isə onu dəstəklədi. Bunu Azərbaycan tərəfi ilə də müzakirə etdik", deyə Mövlud Çavuşoğlu bildirib.
 



Məsələ ilə bağlı ANN.Az politoloq Arzu Nağıyevin fikirlərini öyrənib. Politoloq bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Türkiyə çox böyük addımlar atır və ATƏT-in üzvü kimi Türkiyə daim çalışır ki, bu münaqişə müsbət məcraya yönəlsin: 


 
"Son görüşdə xarici işlər naziri Çavuşoğlu mövqeyini ortaya qoydu. O, Vyana, Sankt-Peterburq və Kazan görüşlərində qəbul olunan protokollar və qərarlarla bağlı Rusiya ilə aparılan danışıqları açıqlayaraq bəyanat verdi. Düşünürəm ki, məsələnin həlli nə qədər Rusiyadan asılıdırsa, eyni zamanda, Qərbin, ABŞ-ın, hətta Təhlükəsizlik Şurasının (TŞ) üzvü olan 3 dövlətin daxil olduğu ATƏT-in Minsk Qrupunun həmsədrlərinin mövqeyindən də asılıdır. İndiyədək deklorativ bəyanatlar verilib, konkret addım atılmayıb. Bu istiqamətdə Azərbaycan, Türkiyə və Rusiya prezidentlərinin görüşləri və Dağlıq Qarabağ münaqişəsinin bir predmet kimi müzakirəsi müsbət haldır. Çavuşoğlunun da verdiyi bəyanat da, məhz, bu məsələnin həlli istiqamətindədir”.

Kamil ƏMİRLİ
www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol