• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərbaycan sarsıdıcı zərbə vuracaq” - POLİTOLOQ

“Azərbaycan sarsıdıcı zərbə vuracaq” - POLİTOLOQ
26.10.2016 14:23
Bir neçə gün bundan əvvəl Prezident İlham Əliyev çıxışı zamanı bildirmişdi ki,  BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. 

Bu qətnamələr 20 ildən artıqdır ki, kağız üzərində qalır. Avropa Parlamenti, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi təşkilatlar da oxşar sənədlər qəbul ediblər. "Lakin təəssüf ki, münaqişə həll olunmur. Çünki Ermənistan sülh istəmir, status-kvonu dəyişməz olaraq saxlamaq istəyir”?-deyə prezident bildirib.

Deməli, Ermənistan sülh istəmirsə, müharibəyə üstünlük verir.

Mövzu barədə Modern.az- a politoloq Qabil Hüseynli açıqlama verib.
 
Ekspert bildirib ki, Azərbaycan torpaqların geri qaytarılmasını və ərazi bütövlüyümüzün təmin olunmasını istəyir.

"Bu məsələnin sülh yolu ilə həll olunması həm Azərbaycan həm də Ermənistan üçün çox faydalı ola bilərdi. Bütün dünya da həmçinin beynəlxalq təşkilatlar da məsələnin bu cür sülh yolu ilə həll edilməsini istəyir”.
 
Qabil Hüseynlinin sözlərinə görə, Ermənistan açıq surətdə bəyan edib ki, nəinki Dağlıq Qarabağdan hətta onun ətrafındakı 7 rayondan da bir qarış torpaq qaytarmayacaq.
 
"Bunu hətta bu yaxınlarda Yerevana səfər edən ATƏT-in Minsk qrupunun həmsədrlərinə də deyiblər. Amma təəssüflər olsun ki, Minsk qrupunun həmsədrləri bu ifadələrə görə beynəlxalq təşkilatlar qarşısında  Ermənistanın danışıqlarda destruktiv pozucu rolunu ifadə edən arayış və ya təqdimat verməyiblər”.
Politoloq danışıqlar prosesini pozan tərəfin Ermənistan olduğunu da qeyd edib.
 
"Ermənistan rəhbərliyi özünün qəyyumlarına arxalanaraq  bizi müharibə ilə təhdid edir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qüvvələri ilə bizi təhdid edir. Elə hesab edirlər ki, bunlarla Azərbaycanı qorxudub, öz ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirəcək. Amma bu heç vaxt belə olmayacaq.  Azərbaycan yenə 2-5 aprel döyüşlərində olduğu kimi ordusunun qüdrətini göstərəcək. Bu dəfə isə Ermənistana sarsıdıcı zərbə vuracaq”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol