• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyənin Azərbaycandakı səfiri ən böyük hədəflərdən birini açıqladı

Türkiyənin Azərbaycandakı səfiri ən böyük hədəflərdən birini açıqladı
30.10.2016 09:00
Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin həcmini 15 milyard ABŞ dolları səviyyəsinə çatdırmaq ən böyük hədəflərdən biridir.

Bunu Trend-ə eksklüziv müsahibəsində Türkiyənin Azərbaycana yeni təyin edilmiş səfiri Erkan Özoral deyib.

Səfir bildirib ki, Türkiyə ilə Azərbaycan arasında çox dərin qardaşlıq əlaqələri var: "Biz bu əlaqələri Azərbaycan müstəqillik əldə etdikdən bəri son 25 ildə hər keçən gün daha da möhkəmləndirdik. Diplomatlar olaraq, bizim üzərimizə düşən vəzifə bu sıx əlaqələri, ən yüksək rəsmi səviyyələrdə qurulmuş bu münasibətləri hər zaman daha da inkişaf etdirməkdir".

Diplomat vurğulayıb ki, Türkiyə ilə Azərbaycan 25 il ərzində Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri kimi çox böyük layihələri birlikdə həyata keçirdilər: "Bundan sonra hədəfimizdə Bakı-Tbilisi-Qars və TANAP kimi layihələrin reallaşdırılması dayanır. Bu işləri ən qısa vaxtda tamamlayaraq, bu layihələri istismara vermək bizim qarşımızda duran ən böyük tapşırıqlardan biridir. Eyni zamanda ikitərəfli ticarət dövriyyəsini artırmaq, bu həcmi 2023-cü ildə 15 milyard dollar səviyyəsinə çatdırmaq qarşımızdakı ən böyük hədəflərdəndir. Təbii ki, yeni vəzifədəki fəaliyyət dönəmimdə bütün bunların gerçəkləşməsinə çalışacağam".

E.Özoral həmçinin düşünür ki, Azərbaycan və Türkiyə arasında mədəni və humanitar əlaqələri daha da inkişaf etdirmək lazımdır: "Hər bir türkiyəli və azərbaycanlı bir-birini qardaş kimi, ən yaxın adamı kimi qəbul edir. Biz bu əlaqələri, bu səmimi hissləri mədəni fəaliyyətlərlə daha da yaxınlaşdırmaq, daha da inkişaf etdirmək istəyirik".


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol