• $
  • €
  • ₽
  • ₺
  • £

XİN-dən fransalı deputatların işğal altındakı ərazilərə səfərinə ŞƏRH

XİN-dən fransalı deputatların işğal altındakı ərazilərə səfərinə ŞƏRH
29.11.2016 10:55
"Fransa-Qarabağ” dostluq dərnəyi heç bir rəsmi statusa malik olmayan və tanınmayan özfəaliyyət qrupudur.
 
ANN.Az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavabında "Fransa-Qarabağ” dostluq dərnəyinin üzvlərinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri ilə əlaqədar Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
 
Onun sözlərinə görə, bu dərnəyin sıralarında Fransa erməni lobbisinin üzvləri və eləcə də erməni lobbi dairələrinin tam təsiri altında olan şəxslər təmsil olunurlar.
 
XİN rəsmisi həmçinin qeyd edib ki, bu səfərdə iştirak edən Jak Remilin adı artıq arzuolunmaz şəxslər siyahısındadır:
 
"Nəzərə almaq lazımdır ki, Fransada gələn il parlament və prezident seçkiləri keçiriləcək. Bəzi parlamentarilər seçkilərdə Fransa erməni lobbisinin maliyyə və siyasi dəstəyini qazanmaq naminə bu kimi təxribatçı və qərəzli addımlardan, o cümlədən Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təcavüz və qanlı etnik təmizləmənin nəticəsində yaradılmış qondarma kriminal rejimin təbliğindən belə çəkinmirlər. Erməni lobbisi də öz çirkin məqsədləri naminə şantaj və təzyiq vasitəsilə bu kimi şəxsləri öz siyasi alətinə çevirir.
 
Fransa hökumətinin Ermənistan-Azərbaycan münaqişənin həlli ilə əlaqədar mövqeyi birmənalı və aydındır. ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi Fransa beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir və münaqişənin danışıqlar yolu ilə həllinə çalışır. Azərbaycan və Fransa arasında bütün sahələrdə, o cümlədən qanunverici orqanlar səviyyəsində əməkdaşlıq və dostluq əlaqələri inkişaf edir”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol