• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda dünya mədəniyyət və turizm nazirlərinin 3-cü görüşü keçiriləcək

Bakıda dünya mədəniyyət və turizm nazirlərinin 3-cü görüşü keçiriləcək
06.12.2016 11:18
Gələn il mayın 5-6-da keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində yüksək hökumət rəhbərlərinin iştirakı ilə açılış mərasimi, dünya mədəniyyət və turizm nazirlərinin 3-cü görüşü keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, bu barədə YUNESKO-nun baş qərargahında Ümumdünya Mədəniyyətlərarası Dialoq Beynəlxalq işçi qrupunun ekspert görüşü və ali toplantısında qərar qəbul olunub. Tədbirdə o da qərara alınıb ki, IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində maliyyə, iqtisadi, siyasi, mədəni və sosial sahələrdə fəaliyyət göstərən beynəlxalq təşkilatların rəhbərlərinin ilk dəfə birgə yüksək səviyyəli görüşü, mədəniyyətlərarası dialoq, mədəniyyət və irs, insan təhlükəsizliyi, sülh və davamlı inkişaf, miqrasiya, ekstremizmlə mübarizə, din və inanc, turizm, təhsil, elm, gənclər, media və s. mövzularda da plenar və panel sessiyalar keçiriləcək.

Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın YUNESKO yanında daimi nümayəndəliyi, YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO və Avropa Şurasının Şimal-Cənub Mərkəzinin rəsmilərinin iştirakı ilə reallaşıb.
 
Tədbirdə Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak edib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol