• $
  • €
  • ₽
  • ₺
  • £

Əli Həsənov: Böyük islamafob dairələrlə qarşı-qarşıyayıq

Əli Həsənov: Böyük islamafob dairələrlə qarşı-qarşıyayıq
24.12.2016 16:32
Biz cəmiyyətdə medianın rolunu, yerini elə jurnalistlərin gördüyü kimi görürük. Hər bir xalqın gücü milli iradəsindən asılıdır. Milli iradənin formalaşmasında medianın rolu böyükdür. Kütləvi informasiya vasitələri milli iradənin formalaşmasında iştirak edir.

ANN.Az-ın Report-a istinadən xəbərinə görə, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibtilə keçirilən fərdi jurnalist müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində deyib.

O bildirib ki, azad mediasız, intellektli jurnalistsiz cəmiyyətdə nə isə etmək çətindir: 

"Bir tərəfdən medianın peşəkarlığının və jurnalistlərimizin vətənpərvərlik hisslərinin artırılması, texniki bazasının güclənməsi istiqamətində işlər görürük və görməkdə davam edirik. Prezident İlham Əliyev sizin arxanızdadır, dostunuzdur. Azərbaycan dövləti bundan sonra mövcudluğunu, gələcək inkişafını, bizim üçün taleyüklü məsələ olan Dağlıq Qarabağ problemi, Azərbaycanın geosiyasi maraqlarının reallaşmasını jurnalistlərsiz görmür və təsəvvür etmir. Bu gün sizə ehtiyacımız hər zaman olduğundan daha çoxdur. Azərbaycan dövlətinə bu gün hər zamankından daha çox xidmət göstərməlisiniz”.

Prezidentin köməkçisi vurğulayıb, bu gün Azərbaycan dünyada nə qədər nüfuz və hörmət qazanıb, inkişaf pillələrində nə qədər yüksəlibsə, bir o qədər əleyhdarları meydana gəlib: 
"Dünyada böyük erməni lobbisi, diasporu ilə qarşı-qarşıyayıq, böyük islamafob dairələri ilə üzbəüzük, Azərbaycanı istəməyən region və dünyadakı qüvvələr, missioner təşkilatlar var ki, onlar Azərbaycan xalqının birlik və inkişafını görmək istəmir və buna qarşı müxtəlif maneələr yaradır. Bu istiqamətdə sizdən kömək gözləyir və umuruq, düşünürük ki, bu köməyi dövlətimiz və millətimizdən əsirgəməyəcəksiniz”.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol