• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Komissiyasından Ermənistana ÇAĞIRIŞ

Dövlət Komissiyasından Ermənistana ÇAĞIRIŞ
11.01.2017 17:25
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası 29 dekabr 2016-cı il tarixdə Azərbaycanın dövlət sərhədini pozmağa cəhd göstərən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılması ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin və ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini yüksək qiymətləndirir.
 
Dövlət Komissiyasından verilən məlumata görə, son günlərdə Ermənistan kütləvi informasiya vasitələrində bu ölkənin rəsmi dairələrinə istinadən yayılmış məlumatlarda qarşı tərəf meyiti qaytarmamasını heç bir məntiqə sığmayan səbəblərlə əsaslandırmağa cəhd edir. Halbuki Ermənistanın da qoşulduğu və ondan irəli gələn tələblərin yerinə yetirilməsini öhdəlik kimi üzərinə götürdüyü 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyaları meyitlərin saxlanmasının hər hansı səbəbdən uzadılmasını qadağan edir. 
 
Əvvəllər də belə hallara yol verildiyini və meyitləri uzun müddət saxlamaq kimi qeyri-humanist hərəkətin bu ölkə tərəfindən artıq tendensiyaya çevrildiyini nəzərə alaraq, Dövlət Komissiyası aidiyyəti beynəlxalq təşkilatları bu cür halların qarşısının alınmasına və Cenevrə Konvensiyalarına əməl olunmasını Ermənistandan ciddi şəkildə tələb etməyə çağırır.
 
Qeyd edək ki, 2016-cı il dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Sonradan məlum olub ki, onun meyiti qarşı tərəfdədir.
 
Müdafiə Nazirliyi əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılması ilə bağlı BQXK-nin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə rəsmi qaydada müraciət edib.

 
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol