• $
  • €
  • ₽
  • ₺
  • £

Səfir: Azərbaycan-Türkiyə əlaqələri daha da zənginləşib

Səfir: Azərbaycan-Türkiyə əlaqələri daha da zənginləşib
18.01.2017 19:48
Yanvarın 18-də Baş nazirin müavini Əli Əhmədov Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralla görüşüb.

Trend-in məlumatına görə, Azərbaycanın beynəlxalq aləmlə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında və ümumiyyətlə, ölkəmizin siyasi-iqtisadi, elmi-mədəni maraqlarının reallaşdırılmasında Türkiyə ilə hərtərəfli əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verildiyini qeyd edən Ə.Əhmədov bütün sahələrdə bu əlaqələrin uğurla inkişaf edərək, ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəyə çatdırılmasına səbəb olduğunu bildirib.

Baş nazirin müavini Türkiyə və Azərbaycanın öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını xüsusi vurğulayıb, bu münasibətlərin inkişafına yönəldilmiş ardıcıl və məqsədyönlü siyasətin hər iki ölkənin dövlət başçıları tərəfindən inkişaf etdirilməsi sayəsində strateji tərəfdaşlığın daha da dərinləşməsinə nail olunduğunu qeyd edib.

E.Özoral səmimi qəbul üçün təşəkkürünü bildirərək, Türkiyə-Azərbaycan münasibətlərinin yüksələn xətt üzrə inkişafından məmnunluğunu ifadə edərək, xalqlarımızın əsrlər boyu dostluq, qardaşlıq münasibətlərində yaşadığını və bu əlaqələrin hazırda daha da zənginləşdiyini, yeni səviyyəyə yüksəldiyini qeyd edib.

Səfir Türkiyə-Azərbaycan əlaqələrinin bundan sonra da uğurla, sürətlə və mütəşəkkil qaydada irəliyə getməsi, xalqlarımızın daha da birləşməsi və sıx əməkdaşlıq etməsi üçün bütün səylərini əsirgəməyəcəyini vurğulayıb.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol