• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir: "Ötən il 934 kq narkotik dövriyyədən çıxarılıb"

Nazir: "Ötən il 934 kq narkotik dövriyyədən çıxarılıb"
27.01.2017 21:05
"Ötən il narkotrafikə qarşı həyata keçirilən tədbirlərlə qeyri-leqal dövriyyədən 2015-ci illə müqayisədə 123 kiloqram çox, bütövlükdə, 934 kq narkotik vasitə çıxarılıb, 70 cinayətkar qrup zərərsizləşdirilib, 2573 nəfər məsuliyyətə cəlb olunub. Qanunsuz kultivasiya edilən və yabanı halda bitən 148 tona yaxın çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib”.
 
APA-nın məlumatına görə, bunu daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu gün keçirdiyi kollegiya iclasında bildirib.
 
Nazir qeyd edib ki, insan alverinə qarşı mübarizədə 2015-ci illə müqayisədə ötən il 29,4 faiz çox və ya 141 cinayət müəyyən edilib, 22 nəfərdən ibarət 9 cinayətkar qrup zərərsizləşdirilib, bu əməllərin qurbanı olmuş 70 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilib.
 
Ötən il respublikanın hüquq-mühafizə orqanları tərəfindən 34126 cinayət işinin istintaqı aparılıb ki, onların 80 faizi daxili işlər orqanları müstəntiqlərinin icraatında olub. Araşdırılmış cinayət işlərinin 42,8 faizinin istintaqı tamamlanaraq ittiham aktı ilə məhkəmələrə göndərilib. Vətəndaşlara dəymiş maddi ziyanın ödətdirilməsi isə 6,2 faiz yaxşılaşaraq 70,4 faiz təşkil edib.
 
Hesabat ilində respublikanın ərazi polis orqanlarına daxil olmuş 165 min 939 cinayət xarakterli məlumatın 91 faizi təhqiqatçılar tərəfindən araşdırılıb ki, bu da 2015-ci illə müqayisədə 29 faiz çox olub.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol