• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Məclisdə təklif: İrəvan üzərində varislik hüququ bərpa edilməlidir

Milli Məclisdə təklif: İrəvan üzərində varislik hüququ bərpa edilməlidir
01.02.2017 18:22
Azərbaycan tarixən ermənilərə verilmiş torpaqlar üzərində varislik hüququnu bərpa etməlidir.

Trend-in məlumatına görə, bu təkliflə Milli Məclisin deputatı, Tarix İnstitutunun direktoru Yaqub Mahmudov parlamentin bu gün keçirilən iclasında çıxış edib.

Deputat bildirib ki, İrəvan da daxil olmaqla, Azərbaycan Xalq Cümhuriyyəti dövründə ermənilərə verilmiş 9 min kv.km torpağın Azərbaycan xalqına qaytarılması barədə məsələ qaldırmalıyıq.

Y.Mahmudov qeyd edib ki, 9 min kv.km torpaq ermənilərə müəyyən şərtlərlə verilmişdi: "Bu sənədləri xaricdən Tarix İnstitutuna gətirmişik. Şərtlərə əsasən, həmin torpaqlarda azərbaycanlıların yaşamağa davam etməsi təmin edilməli, Şaumyanın başçılığı altında soyqırımlara son qoyulmalı, Zəngəzur və Qarabağa qarşı iddialardan əl çəkilməli idi. Ancaq bu şərtlərin hamısı pozuldu. Ona görə də biz bu torpaqlara varislik məsələsini qaldırmalı və Milli Məclisdə bununla bağıl müvafiq addım atmalıyıq”.

Deputat Fəzail Ağamalı da həmkarının fikirlərini dəstəkləyib. O qeyd edib ki, bu, çox ciddi bir məsələdir və Milli Məclis bu məsələni müzakirəyə çıxarıb müvafiq qərar qəbul etməlidir.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol