• $
  • €
  • ₽
  • ₺
  • £

Arif Rəhimzadə “biz türk deyilik” xəbərindən danışdı

Arif Rəhimzadə “biz türk deyilik” xəbərindən danışdı
02.03.2017 15:48
Azərbaycan Milli Məclisinin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin Rusiyanın KM.ru xəbər portalına verdiyi müsahibə qalmaqala səbəb olub. Deputatın müsahibədə "azərbaycanlılar türk deyil” fikrini işlətməsi Azərbaycanda etirazlara səbəb olub.

Modern.az Arif Rəhimzadə ilə əlaqə saxlayaraq məsələyə aydınlıq gətirməsini istəyib. Azərbaycan parlamentinin komitə sədri Rusiya mətbuatına verdiyi müsahibəni belə şərh edib.

""Biz türk deyilik” ifadəsinin yayılması boş söhbətlərdir. Tədbirin sonunda bir nəfər mənə yaxınlaşıb sual verdi. Mən də dedim ki, "biz etnik cəhətdən türkük, amma millət kimi isə azərbaycanlıyıq””.

Komitə sədri bildirib ki, bu yaxınlarda Rusiyadan Azərbaycana nümayəndə heyəti gəlib. Həmin heyətlə görüşdə Kəlbəcər girovları Dilqəm Əsgərov və Şahbaz Quliyev məsələsinə də toxunulub.

"Nümayəndə heyətinin tərkibində deputat, Xarici İşlər Nazirliyinin və səfirliyin nümayəndəsi vardı. O cümlədən, ictimai təşkilatlardan da adamlar gəlmişdi. Görüşdə Azərbaycan-Rusiya münasibətlərindən danışdıq. Çıxış edərək dedim ki, "Rusiya ilə münasibətlərimiz yaxşıdır. Bu, hər zaman belə olacaq. Rusiya vasitəsilə Avropa mədəniyyətinə, Avropa tarixinə, incəsənətinə, ədəbiyyatına yiyələnmişik. Bunu çox yüksək qiymətləndiririk”.

Sonra dedim ki, "Rusiya-Azərbaycan münasibətlərindən çox danışmaq olar. Amma mən danışmaq istəmirəm. Ona görə ki, münasibətlərin iki qatı var. Üst qatdan danışmaq istəmirəm. Alt qatdan danışmaq istəyirəm”.

Alt qatdan danışarkən dedim ki, "nəyə görə indiyə kimi Ermənistanın qondarma genosid məsələsi ilə əlaqədar Rusiya Duması qərar qəbul edib, ancaq Xocalı faciəsi ilə əlaqədar bir kəlmə də demir?! Nəyə görə Dilqəm Əsgərov Ermənistanda tutularaq həbs olunub?! Bəs nəyə görə o, Rusiya vətəndaşı olduğu halda, haqqında Xarici İşlər Nazirliyinin bir hərəkəti yoxdur. Amma Lapşin haqqında müraciət edirsiniz ki, azad olunsun. Nəyə görə?! Biz azərbaycanlı olduğumuza görə?! Bunları demişəm. "Biz türk deyilik” ifadəsi səsləndirməmişəm”.



www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol