• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 13 nəfərin şəxsi təyyarəsi var

Azərbaycanda 13 nəfərin şəxsi təyyarəsi var
04.03.2017 20:41
azırda Azərbaycanda 6 min milyonçu, 260 multimilyonçu, 100 ultramilyonçu və 11 sentamilyonçu yaşayır. Bu qalmaqallı məlumat "Knight Frank” şirkətinin illik "The Wealth Report-2017” məruzəsində yer alıb.

"Qafqazinfo" Virtualaz.org-a istinadən xəbər verir ki, "Knight Frank”ın məruzəsinə əsasən, dünyada sərvəti 1 milyardı ötən şəxslərin sayı 2016-cı ildə 60 nəfər artaraq 2024 nəfər olub. Varidatı 30 milyon dollardan artıq olan ultramilyonçuların sayı 6340 nəfər, onların ümumi sayı isə 193,49 min nəfər təşkil edib.
"Proqnozlara görə, Rusiyada və MDB ölkələrində milyonçuların sayı, 2026-cı ilə qədər 60% artacaq, amma Azərbaycan və Qazaxıstan artımın səviyyəsinə görə Rusiyaya çatacaq. Beləliklə, regionda ultra milyonçuların sayı 5170 nəfər olacaq", - sənəddə qeyd edilir.

"Knight Frank” ekspertləri öz analizlərində həmçinin göstərirlər ki, varlılığın əsas əlamətlərindən biri şəxsi təyyarələrin olmasıdır. Məlumata görə, Azərbaycanda 2016-cı ildə 2006-cı il ilə müqayisədə şəxsi avialayner sahiblərinin sayı 550% artıb (!). Azərbaycanda 10 il əvvəl cəmi iki nəfərdə şəxsi təyyarə var idi, amma keçən ilin nəticəsinə görə artıq bu rəqəm on üçdür. Bu göstəricinin artması üzrə bizim milyonçular dünyada dördüncü yeri tuturlar. Birinci yerdə isə qəribə də olsa, Belarus varlıları gəlir. 2006-cı ildə bu ölkədə xüsusi mülkiyyətdə cəmi bir təyyarə var idi, amma indi Azərbaycanda olduğu kimi on üçdür (1200% artım baş verib).

Tədqiqatda Azərbaycanda super varlı insanların sayı üzrə ətraflı məlumatlar yer alıb. Belə ki, ölkədə 2006-cı ildə 1 milyon dollardan yuxarı sərvətə malik olan 2700 insan var idisə, 2015-ci ilə belələri 5600 nəfər, 2016-cı ildə isə 6 min nəfər olub. Proqnoza əsasən, Azərbaycanda dollar milyonçularının sayı 2026-cı ilində artaraq 9600 nəfər olacaq.

Əgər 2006-cı ilində 120 multimilyonçu var idisə, 2015-cidə – 240, 2016-cıda 260 nəfər, 2026-cı ilə ölkədə 10 milyon dollardan yuxarı sərvətə malik 420 nəfərin olacağı proqnozlaşdırılır.

Ultramilyonçuların sayı 2006-cı ildə 50 nəfər idisə, 2015-ci ildə bu rəqəm 90 nəfərə çatıb və 2016-cı ildə 160 nəfər olacağı proqnozlaşdırılır.
Sənəddə həmçinin göstərilir ki, 2006-cı ildə Azərbaycanda 5 sentamilyonçu olub. 2015-ci ildə sərvəti 100 milyon dolları keçən belə şəxslərin sayı 10-a çatıb. 2026-cı ildə isə 18 nəfər olacaq.

Maraqlıdır ki, mənbə Azərbaycanda sərvəti 1 milyard dolları keçən şəxslərlə bağlı heç bir məlumat verməyib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol