• $
  • €
  • ₽
  • ₺
  • £

Təhsillə bağlı yeni qanun layihəsi ikinci oxunuşda qəbul olundu

Təhsillə bağlı yeni qanun layihəsi ikinci oxunuşda qəbul olundu
10.03.2017 12:37
Uzun müddətdir müzakirəsi aparılan yeni hazırlanmış "Məktəbəqədər təhsil haqqında" qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev bildirib ki, bu qanun layihəsi sosial bir sifarişdir.

O qeyd edib ki, ölkədə aparılan islahatların bir hissəsi də təhsil sahəsində, o cümlədən məktəbəqədər təhsil sahəsində aparılır: "Bu baxımdan hüquqi bazanın formalaşdırılması üçün bu qanun layihəsinin qəbul edilməsinin çox böyük önəmi var. Bu qanun layihəsində təhsilin ümumi prinsipləri müəyyənləşdirilib. Bütün hüquqi aktlar, Prezident tərəfindən verilmiş fərman və sərəncamlar, Nazirlər Kabinetinin təsdiq etdiyi qərarlar qanun layihəsində nəzərə alınıb".

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Qanun layihəsində bir sıra yeniliklər nəzərdə tutulur. Layihəyə əsasən, məktəbəqədər yaşlı uşaqlar üçün yeni növ təhsil müəssisələrinin yaradılması nəzərdə tutulur.

Qanuna əsasən, məktəbəqədər yaşlı uşaqların təhsil aldığı müəssisələrin bir neçə növü müəyyən edilib. Bunlar körpələr evi, körpələr evi-uşaq bağçası, məktəbəhazırlıq qrupların fəaliyyət göstərdiyi ümumtəhsil məktəbləri, digər tipdən olan təhsil müəssisəsi yanında kopmleks formada fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisəsi, uşaq inkişaf mərkəzi, sanator tipli uşaq bağçaları (bu uşaq bağçaları infeksion xəstəliklərə meyilli və immun sistemi zəif olan uşaqlar üçün yaradılır), sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələri, elmi-tədqiqat müəssisələrinin yanında yaradılan məktəbəqədər təhsil müəssisəsidir.

Bunlar arasında sanator tipli uşaq bağçaları, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələri və uşaq inkişaf mərkəzi yeni növ müəssisələr olacaq.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol