• $
  • €
  • ₽
  • ₺
  • £

Elmar Məmmədyarov Maltanın baş naziri ilə görüşüb

Elmar Məmmədyarov Maltanın baş naziri ilə görüşüb
18.04.2017 19:20
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Maltaya rəsmi səfəri çərçivəsində bu ölkənin baş naziri Cozef Muskat ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, C.Muskat ikitərəfli əlaqələrin mövcud vəziyyətindən məmnunluq ifadə edib.

O, Maltanın Azərbaycan ilə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirib və bu səfərin ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verəcəyinə inamını ifadə edib.

Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə əlaqələrinin əhəmiyyətinə toxunan Cozef Muskat Aİ-nin yüksək səviyyəli rəsmiləri tərəfindən bu münasibətlərin strateji tərəfdaşlıq kimi qiymətləndirilməsini alqışladığını deyib. Baş nazir Aİ-yə hazırda sədrlik edən dövlət qismində Maltanın Aİ ilə Azərbaycan arasında strateji tərəfdaşlıq sazişinin imzalanmasını dəstəklədiyini və sazişin razılaşdırılmasına töhfə verməyə hazır olduğunu diqqətə çatdırıb.

Nazir Elmar Məmmədyarov iki ölkə arasında əlaqələrin son illərdə dinamik şəkildə inkişaf etdiyini və həyata keçirilmiş yüksək səviyyəli səfərlərin əlaqələrin inkişafına münbit zəmin yaratdığını bildirib. Elmar Məmmədyarov bu xüsusda iqtisadi və enerji sahəsində əməkdaşlığın inkişafında əldə olunan müsbət nəticələri qeyd edib.

Maltaya rəsmi səfərin bu ölkənin Aİ-yə sədrliyi dövrünə təsadüf etdiyini deyən nazir E.Məmmədyarov Aİ-Azərbaycan əlaqələrinin inkişaf perspektivləri, Aİ ilə tərəfdaşlığa dair yeni saziş layihəsi üzrə aparılan danışıqlar barədə ətraflı məlumat verib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinə toxunan nazir Elmar Məmmədyarov Aİ-nin dövlətlərin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi təməl prinsiplərə sadiqliyinin bütün münaqişələrə münasibətdə vahid və birmənalı şəkildə ifadə olunmasının vacibliyini vurğulayıb.

Görüşdə əlaqələrin müxtəlif sahələrdə inkişafı, transmilli enerji və nəqliyyat layihələri və habelə qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol