• $
  • €
  • ₽
  • ₺
  • £

İran və Ermənistan müdafiə nazirləri görüşüb

İran və Ermənistan müdafiə nazirləri  görüşüb
27.04.2017 13:00
Görüş zamanı tərəflər münaqişənin hərbi yolla həllinin olmadığını qeyd ediblər.

İranın müdafiə naziri Hüseyn Dehqan Moskvada ermənistanlı həmkarı Vigen Sarkisyanla görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.
  
Nazirlikdən bildirilib ki, tərəflər qarşılıqlı maraq doğuran bir sıra məsələləri, o cümlədən Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə ediblər: "Nazirlər növbəti dəfə münaqişənin hərbi yolla həllinin olmadığını vurğulayıblar".

Qeyd edək ki, aprelin 26-da Moskvada VI Beynəlxalq Təhlükəsizlik konfransı başlayıb. Bu konfrans Rusiya Müdafiə Nazirliyinin himayəsi altında 2012-ci ildən bəri hər il keçirilir. İran və Ermənistan müdafiə nazirləri Hüseyn Dehqan və Vigen Sarkisyan konfransda iştirak edir. 

Tədbir bu gün başa çatacaq. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol