• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya ermənilərə xəbərdarlıq edib – FOTOLAR

Rusiya ermənilərə xəbərdarlıq edib – FOTOLAR
23.05.2017 16:30
Rusiyanın Kursk şəhərində Azərbaycanın Respublika Günü - 28 mayda planlaşdırılan təxribatla bağlı erməni gənclərə xəbərdarlıq edilib.

Anews.az-ın xəbərinə görə, Rusiyadakı Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun sədri Şamil Tağıyev APA-ya bildirib ki, Kursk erməni gənclər Assosiasiyası mayın 28-də şəhərdə "Şuşanın azad olunmasının 25 illiyi” adlı təxribat xarakterli aksiya və "bayram konserti” ilə bağlı elanları yaydıqdan sonra Rusiyada yaşayan azərbaycanlı gənclər adından rəsmi qurumlara, o cümlədən şəhər meriyasına müraciət olunub və narahatlıq bildirilib.

Kursk şəhərindəki Azərbaycan diasporunun bir qrup üzvünün şəhər meriyası və erməni diasporunun nümayəndələri ilə görüşündə bunun qarşısının alınması tələb olunub. Ermənilər səhvlərini düzəldəcəklərinə söz veriblər, elanlardan və proqramlardan "Şuşanın azad olunmasının 25 illiyi” adlı hissəsi yığışdırılıb.

Bildirilib ki, həmin gün Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı hər hansı təxribat xarakterli hal olsa, azərbaycanlılar tərəfindən buna sərt reaksiya veriləcək.

Qeyd edək ki, bir neçə gündür Kurskda fəaliyyət göstərən erməni gənclər təşkilatları mayın 28-də "Şuşanın azad olunmasının 25 illiyi” adı ilə təxribat xarakterli aksiya və konsertin keçirilməsi elanını veriblər, rəsmi icazə aldıqlarını bəyan ediblər. Rusiyada yaşayan azərbaycanlılar bununla bağlı ölkənin müvafiq qurumlarına şikayət ediblər.

Xatırladaq ki, Azərbaycanın Şuşa şəhəri erməni silahlı birləşmələri tərəfindən 1992-ci il mayın 8-də işğal olunub.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol