• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan XİN “RİA Novosti”yə c'avab verdi

Azərbaycan XİN “RİA Novosti”yə c'avab verdi
23.05.2017 18:00
"Azərbaycanın qonşu dövlətlərlə münasibətlər qurması məsələsində kiminsə, xüsusən erməni əsilli Qevorq Mirzəyan adlı şəxsin şübhəli, ədəbsiz şərhinə və təhlilinə ehtiyacı yoxdur”.

Bunu Anews.az-ın sorğusuna cavab olaraq XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Qevorq Mirzəyan adlı müəllifin Rusiyanın "RİA Novosti” (ria.ru) informasiya agentliyində dərc edilmiş "Кавказский псевдотриумвират: почему не будет оси Баку-Тбилиси-Анкара” adlı məqaləsi ilə bağlı deyib.

O bildirib ki, Ermənistan istisna olmaqla, Azərbaycanın bütün qonşuları ilə qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanan əlaqələri var. "Soyuq müharibə” əhval-ruhiyyəsində olan və terminologiyasından istifadə edən Qevorq Mirzəyana xatırlatmaq istərdim ki, Azərbaycan mehriban qonşuluq siyasəti yürüdərək Cənubu Qafqazda və onun hüdudlarından kənarda uğurlu və qarşılıqlı faydalı regional əməkdaşlıq modellərinin müəllifidir. Mirzəyanın vətəni olan Ermənistan hərbi gücdən istifadə edərək Azərbaycan ərazilərini işğal edib, işğal olunmuş ərazilərdə Azərbaycan xalqına qarşı qanlı etnik təmizləmə törədib.

Ermənistanın destruktiv siyasəti Cənubi Qafqazda sülhün, tam və hərtərəfli regional əməkdaşlığın formalaşmasına ciddi maneədir. Türkiyənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində mövqeyinə gəldikdə isə Mirzəyana xatırlatmaq istərdim ki, Türkiyənin münaqişənin həllində mövqeyi ədalətə, beynəlxalq hüququn norma və prinsiplərinə və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə əsaslanır. Rusiyanın dövlət informasiya agentliyində belə bir yazıya yer verilməsi ciddi sual doğurur. Görəsən, bu məqsədyönlü xarakter daşımır ki?”, - deyə H.Hacıyev bildirib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol