• $
  • €
  • ₽
  • ₺
  • £

Müdafiə Nazirliyindən hərbçi olmaq istəyənlərə xoş xəbər

Müdafiə Nazirliyindən hərbçi olmaq istəyənlərə xoş xəbər
30.05.2017 15:52
Ehtiyat zabit və gizir hazırlığı kurslarına qəbul başlayır

Müdafiə Nazirliyi ehtiyat zabit və gizir (miçman) hazırlığı kurslarına namizədlərin qəbulunu elan edir. Nazirlikdən verilən məlumata görə, kurs Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təşkil olunacaq.

"Ehtiyat zabit hazırlığı kursu”na qəbul şərtləri:

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində təşkil olunan "Ehtiyat zabit hazırlığı kursu”na müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 28 yaşınadək ali təhsilli vətəndaşlar qəbul olunurlar.

"Ehtiyat zabit hazırlığı kursu”na qəbul olunmaq istəyən namizədlər 20 iyun 2017-ci il tarixdən 10 iyul 2017-ci il tarixədək ərizə ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyasına müraciət edərək aşağıdakı sənədləri təqdim etməlidirlər:
- ərizə (qəbul komissiyasının sədrinə);

- şəxsən yazılmış tərcümeyi-hal, əlyazma ilə 1 nüsxədə, çap edilmiş 2 nüsxədə;
- xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;
- ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiq edilmiş surəti;
- xarici dövlətlərdə təhsil almış namizədlər, ali təhsil haqqında sənədin notarial qaydada tərcümə və təsdiq edilmiş surəti ilə birlikdə, həmin sənədə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti;
- doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətləri;
- nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda);
- uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surətləri (uşaq olduqda);
- evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış;
- 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 2 ədəd 3x4 sm və 2 ədəd 4.5x6 sm ölçüdə);
- məhkumluğunun olub-olmaması barədə "ASAN xidmət" Mərkəzləri tərəfindən verilmiş arayış;
- tibbi müayinə kartı (kitabçası).

"Gizir (miçman) hazırlığı kursu”na qəbul şərtləri:
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində təşkil olunan "Gizir (miçman) hazırlığı kursu”na müddətli həqiqi hərbi xidmətini başa vurmuş, tam orta təhsilli, 28 yaşınadək vətəndaşlar qəbul olunurlar.

"Gizir (miçman) hazırlığı kursu”na qəbul olunacaq namizədlərlə kursu bitirdikdən sonra 5 il müddətinə könüllü qaydada gizirlərin (miçmanların) həqiqi hərbi xidmətinə qəbul olunmaları barədə bağlaşma imzalanır.

"Gizir (miçman) hazırlığı kursu”na qəbul olunmaq istəyən namizədlər 1 iyul tarixdən 12 iyul tarixədək ərizə ilə Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyasına müraciət edərək aşağıdakı sənədləri təqdim etməlidirlər:

- ərizə (qəbul komissiyasının sədrinə);
- şəxsən yazılmış tərcümeyi-hal, əlyazma ilə 1 nüsxədə, çap edilmiş 2 nüsxədə;
- xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;
- təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti;
- doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətləri;
- nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda);
- uşaqlarının doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surətləri (uşaq olduqda);
- evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış;
- 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 2 ədəd 3x4 sm və 2 ədəd 4.5x6 sm ölçüdə);
- məhkumluğunun olub-olmaması barədə "ASAN xidmət" Mərkəzləri tərəfindən verilmiş arayış;
- tibbi müayinə kartı (kitabçası).

Qəbul olunmaq üçün müraciət etmiş namizədlər test üsulu ilə ümumi fənlərdən və fiziki hazırlıqdan keçirilən imtahanlara cəlb edilirlər.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol