• $
  • €
  • ₽
  • ₺
  • £

Ordu poliqona yeridilir: Bir şəhidimizə qarşı 6 erməni əsgəri

Ordu poliqona yeridilir: Bir şəhidimizə qarşı 6 erməni əsgəri
17.06.2017 14:44
Azərbaycan Ordusu yenidən poliqona yeridilir.

Publika.az xəbər verir ki, iyun ayının 19-dan döyüş şəraitinə uyğunlaşdırılmış vəziyyətdə qoşunların döyüşə hazırolma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılması məqsədilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək. Müdafiə Nazirliyinin məlumatına görə, iyunun 24-dək davam edəcək təlimlərə 23 min nəfərədək şəxsi heyət, 120-dək tank və zirehli texnika, 180-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 30-dək müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunacaq.

Son iki ayda intensiv təlimlərin keçirilməsi diqqət çəkir. May ayında Azərbaycan Ordusu genişmiqyaslı hərbi təlimlər keçirəndən sonra, Türkiyə-Azərbaycan təlimləri baş tutdu. Bununla yanaşı, Türkiyə-Azərbaycan-Gürcüstan birgə təlimləri keçirildi.

Bu təlimlər Ermənistanda ciddi narahatlığa səbəb olur. Erməni hərbçi Senor Asratyan hesab edir ki, regionda müharibə başlaya bilər. Onun fikrincə, yeni müharibə Ermənistana sərf etmir.

"Azərbaycan təlimlərdə "TOS-1” sistemlərini yoxladı, bu, Qarabağ müharibəsində də bu silahların tətbiq edilə biləcəyinə işarədir”, - deyə o bildirib.

Erməni ekspert Ovanes İqityan bildirib ki, Azərbaycan Dağlıq Qarabağdakı mövcud status-kvonu saxlamaq niyyətində deyil: "Bakının bu mövqeyi qətidir. Bu, sülh yolu ilə həll olunmursa, hərbi yola əl atacaq. Azərbaycan bunu gizlətmir və beynəlxalq hüquqa əsaslanaraq hərəkət edir. Yəni, yeni müharibənin başlaması ehtimalı böyükdür”.

O.İqityan hesab edir ki, Ermənistanın yeganə çıxış yolu beynəlxalq təşkilatlardan kömək istəməkdir.

Qeyd edək ki, Azərbaycanın qəti mövqeyi ilə qarşılaşan Ermənistanın işğalçı rejimi yeni təxribatlara əl atır. Dünən təxribat nəticəsində ordumuzun bir əsgəri şəhid oldu. Lakin bu təxribat Ermənistana baha başa gəldi. Belə ki, ordumuzun düşmən təxribatına cavabı nəticəsində Ermənistan tərəfi 6 itki verib, çoxsaylı yaralı var.

"News.am” saytı yazır ki, yaralıların vəziyyəti ağırdır. Buna görə də yaralı əsgərlər İrəvana daşınır.

Ermənistan mediası hazırda erməni cəmiyyətinin təşviş içində olduğunu yazır. Ermənilər baş verənlərə görə, Sarkisyan rejimini günahlandırır.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol