• $
  • €
  • ₽
  • ₺
  • £

Ordumuzun zərbəsi İrəvanı yerindən oynatdı

Ordumuzun zərbəsi İrəvanı yerindən oynatdı
20.06.2017 12:40
Ermənistanın təxribat hücumu zamanı Azərbaycan bir şəhid verdi, ardınca ordumuzun cavab atəşi nəticəsində düşmən ordusunun 6 əsgəri məhv edildi. Azərbaycanın bu cavabı isə Ermənistanın siyasi gündəmini əməlli-başlı dəyişdi.

Publika.az xəbər verir ki, artıq İrəvanın işğalçı rejiminə qarşı etiraz səsləri eşidilir.

Ermənistanda ərazilərin qaytarılması tələbi

"1in.am” saytı yazır ki, erməni əsgərlərin məhv olmasının qarşısını almaq üçün artıq bu məsələyə - münaqişəyə son qoymaq lazımdır: "Lakin bunu necə etməliyik?! Ermənistanda ərazilərin qaytarılmasını tələb edənlər var. Erməni milli konqresi bunu açıq şəkildə bəyan edib də. Hakimiyyət buna qarşı çıxır, lakin ərazilərin qaytarılmasını nəzərdə tutan "Madrid prinsipləri”ndən də de-yure olaraq imtina etmir. Bütün modellər sülh əvəzinə ərazilərin qaytarılmasını özündə əks etdirir”.

İrəvanda Qarabağ aksiyasının anonsu

Erməni saytı qeyd edir ki, münaqişə nə qədər davam edir, cəbhədə gərginlik də sona çatmayacaq.

"Erməni əsgərlərin itkisi də dayanmayacaq və ən yaxın bir neçə ildə ümumilikdə erməni dövlət quruluşu üçün ciddi təhlükəyə çevriləcək. Çünki "elita” (Ermənistan rəhbərliyi - red.) iki onillik boyunca manipulyasiya ilə məşğul olaraq, erməniləri aldadır. İndi cəmiyyət qarşıya tələb qoymalıdır, hakimiyyəti nəsə etməyə məcbur etməlidir. əgər heç nə edilmirsə, o zaman dəyişikliyin vaxtı çatıb”, - deyə məqalədə sadə ermənilərə keçəyə çıxıb hakimiyyətə qarşı etirazlara qalxmaq çağırışı edilir.

Erməni hökmdarlarının oğulları niyə səngərə gəlmir?

Eyni çağrışla "armenianreport” saytı da çıxış edir. Sayt yazır ki, erməni ordusu ciddi itki verdi: "İndi hakimiyyət bunu qəhrəmanlıq, kişilik adlandırır. Halbuki, bu ikiüzlülükdür. Biz öz övladlarımızı itirdik, onların valideynləri oğullarının ölərək, "qəhrəman” olmasını istəmir, yaşamasını istəyirlər. Axı hakimiyyətin "kişilik” adlandırdığı hərəkəti niyə iqtidar nümayəndələrinin övladları etmir? Nə üçün Ermənistan hökmdarlarının uşaqları səngərlərdə yoxdur?!”.

Ermənistan itkilərin sayını gizlədir

Sayt əlavə edir ki, erməni hakimiyyəti vətənpərvərlikdən südverən inək kimi istifadə edərək, varlanır.

"Ermənistanın "cəsur” Xarici İşlər Nazirliyi Bakını ittiham edir. Halbuki, artıq Bakıda bu cür sözlərə əhəmiyyət belə vermirlər. Çünki Ermənistan heç nə edə bilmir, sadəcə bacarmır. Hakimiyyət əhalini aldadır, bundan sonra da aldadacaq. Necə ki, "aprel müharibəsi”nə qədər aldadırdılar ki, "biz istənilən ölçüdə cavab vermək iqtidarındayıq”, halbuki, heç nə edə bilmədik, indi də eyni yalanları dövriyyəyə buraxıblar. Yenə də yalan danışmaqda davam edirlər və itkilərin gerçək sayını gizlədirlər”, - deyə məqalədə bildirilir.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol