• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan aclıq təhlükəsi ilə üzləşən 4 ölkəyə yardım göstərib

Azərbaycan aclıq təhlükəsi ilə üzləşən 4 ölkəyə yardım göstərib
22.06.2017 23:50
Azərbaycan tərəfindən Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) vasitəsilə Somali, Yəmən, Cənubi Sudan və Nigeriyanın şimal-şərq hissəsində cari ildə yaranmış humanitar böhran ilə bağlı qida çatışmazlığından əziyyət çəkən insanlara BMT-nin xətti ilə 50 min dollar məbləğində yardım göstərilib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan tərəfindən edilən bu yardım BMT Baş katibi Antonio Quterreşin müraciəti əsasında həyata keçirilib. BMT-nin Baş katibi tərəfindən daxil olmuş müraciətdə aclıq təhlükəsi ilə üzləşən 20 milyondan çox insana, xüsusilə azyaşlı uşaqlara və qadınlara dəstək göstərilməsi və bu humanitar böhranın aradan qaldırılması üçün qeyd olunan dövlətlərlə əlaqələndirilmiş şəkildə vaxtında və ünvanlı humanitar fəaliyyətin zəruri olduğu bildirilib və yardımın edilməsi xahiş olunub.

Davamlı iqtisadi artım Azərbaycana öz milli inkişaf strategiyasına diqqəti yönəltməklə yanaşı, beynəlxalq inkişafı da fəal şəkildə dəstəkləməyə imkan verib. Azərbaycan Heydər Əliyev Fondu, AİDA və digər qurumlar vasitəsilə beynəlxalq humanitar yardım və davamlı inkişaf layihələrini dəstəkləyir.

2017-2019-cu illər üçün Azərbaycanın BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçilməsi davamlı inkişafa dair aparılan müzakirələrdə daha fəal rol oynamaq və beynəlxalq səviyyədə inkişafa töhfə vermək üçün əlavə imkanlar yaradır.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol