• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya Ermənistanı yeni müharibəyə sürükləyir

Rusiya Ermənistanı yeni müharibəyə sürükləyir
23.06.2017 16:41
Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın dünən "Habertük” telekanalına açıqlamasında Rusiya ilə Qazaxıstan və Qırğızıstan hərbiçilərinin Suriyada hərbi əməliyyatlara cəlb edilməsi haqda müzakirələrin aparıldığını bildirib.

Publika.az xəbər verir ki, Kalının bu açıqlaması Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin Suriyadakı əməliyyatlarda iştirakı məsələsini yenidən gündəmə gətirib. Hansı ki, Moskva bir müddət öncə belə planının olduğunu açıqlamışdı.

Lakin Qazaxıstan Xarici İşlər Nazirliyi qazax ordusunun Suriyaya yeridilməsi haqda xəbəri təkzib etdi. Eyni təkzib Qırğızıstandan da gəldi. Amma Rusiya Dövlət Dumasının müdafiə komitəsinin sədri Vladimir Şamanov bu məsələ ilə bağlı Astana və Bişkeklə danışıqlar apardıqlarını bildirdi.

KTMT-nin baş katibinin müavini Valeri Semerikov isə dünən qeyd etdi ki, təşkilatın sülhməramlı qoşunları BMT-nin icazəsi ilə münaqişə bölgələrinə yerləşdirilə bilər. Ehtimal edilir ki, Rusiya-Türkiyə-İran razılaşması çərçivəsində qazax və qırğız hərbiçiləri də Suriyaya yerləşdiriləcək. Hələlik bu məsələ açıq olaraq qalır.

KTMT-nin Suriya əməliyyatlarında iştirakından ən çox narahat olan ölkə isə Ermənistandır.

Rusiya xarici işlər naziri Sergey Lavrov ötən ay bildirmişdi ki, "Gümrüdəki hərbi bazadan Suriya əməliyyatlarında istifadə oluna bilər”. Rəsmi İrəvan bu haqda sussa da, erməni cəmiyyətində "Rusiya bizi yeni müharibəyə soxur, bu, Ermənistanın fəlakəti olacaq” etirazları səsləndi. Hərçənd, Ermənistanın müdafiə naziri Viqen Sarkisyan bir müddət öncə Rusiya mediasına müsahibəsində "Erməni silahlı qüvvələri Suriya xalqına kömək edə bilər” deyə bildirmişdi.

Erməni jurnalist Sarkis Artsruni yazır ki, Rusiya Ermənistanı Suriya müharibəsinə salacaq: "Bunun üçün hazırlıq gedir”.

Onun sözlərinə görə, bunun baş verməsi Ermənistanı zərbə altına qoyacaq.

"Suriya müharibəsinə girmək Ermənistanı terrorizmin yeni hədəfi halına salacaq. Digər tərəfdən, bu, Suriya məsələsində birtərəfliliyin pozulması və Qərbdə narazılıq yaradacaq. Hansı ki, bu, Qərbin Dağlıq Qarabağ münaqişəsinə yanaşmasını dəyişə və danışıqlar prosesində Ermənistan üçün neqativ nəticələrə səbəb ola bilər”, - deyə o bildirib.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol