• $
  • €
  • ₽
  • ₺
  • £

Tacikistan hökuməti İranın iki mədəniyyət nümayəndəliyini bağlayıb

Tacikistan hökuməti İranın iki mədəniyyət nümayəndəliyini bağlayıb
30.06.2017 11:30
İran səfirliyi Tacikistandakı nümayəndəliklərinin əməkdaşlarını məzuniyyətə yollayıb.

İranın Tacikistandakı səfirliyi ölkənin Xocənd şəhərindəki iki nümayəndəliyini bağlayıb.

"Report” "CA-NEWS”ya istinadən xəbər verir ki, şəhərin mərkəzindəki ikimərtəbəli binanın qarşısından asılan İran İslam Respublikası səfirliyinin Ticarət nümayəndəliyi və İran İslam Respublikası səfirliyinin Mədəniyyət və Ticarət nümayəndəliyi lövhəsi yığışdırılıb.

İranın mədəniyyət mərkəzlərindən birinin adının çəkilməsini istəməyən əməkdaşı bildirib ki, nümayəndəliklər Tacikistan hökumətinin tələbi ilə bağlanıb.

Məlumata görə, iki həftə əvvəl səfirliyə ticarət və mədəniyyət nümayəndəliklərinin bağlanması barədə bildiriş daxil olub. Bundan sonra İran səfirliyi Tacikistandakı nümayəndəliklərinin əməkdaşlarını məzuniyyətə yollayıb.

Səfirlik isə nümayəndəliklərinin bağlanması məsələsinə aydınlıq gətirməkdən imtina edib.

Qeyd edək ki, İran mədəniyyət mərkəzi dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda fəaliyyət göstərir. Bu qurum səfirliyin mədəniyyət nümayəndəliyi adlansa da, əslində İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin təmsilçisidir. Nümyəndəlik birbaşa ona tabedir. Mədəniyyət nümayəndəliyi daha çox mədəni tədbirlər adı altında İran İslam Respublikasının siyasi-ideoloji xəttini yayır. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol